Icma.az
close
up
RU
Milli enerji strategiyamızın hədəfi Dayanıqlı inkişaf və qlobal tərəfdaşlıq

Milli enerji strategiyamızın hədəfi Dayanıqlı inkişaf və qlobal tərəfdaşlıq

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər respublikamızda dayanıqlı inkişaf və qlobal tərəfdaşlıq layihələrinin gerçəkləşdirilməsi ölkənin enerji siyasətində strateji mərhələ olmaqla bərabər, həm də onun regional və qlobal enerji bazarlarında artan rolunu nümayiş etdirir. 

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə əlverişli imkan yaradır. Eyni zamanda, Azərbaycan “yaşıl” enerji sahəsində də iddialı planlar quraraq, bərpa olunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. 

Beynəlxalq ekspertlər tərəfindən bərpa olunan və “yaşıl” enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı kimi yüksək dəyərləndirilib. Ölkəmizdə energetika sahəsində bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bu enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib.

Azərbaycan məhz bu amili nəzərə alaraq dövlətimizin başçısının strateji baxışı çərçivəsində “yaşıl” enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyini getdikcə möhkəmləndirir. Respublikamız “yaşıl” enerji sahəsində böyük potensiala malikdir və qarşıdakı illərdə bu sahənin inkişafı üçün daha böyük addımlar atmağı planlaşdırır. Xəzər dənizinin külək enerjisi potensialından istifadə edərək ölkəmiz təkcə daxili tələbatı ödəməyi deyil, həm də Avropaya “yaşıl” enerji ixracını hədəfləyir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “Yaşıl enerji zonası” elan edilməsi də bu istiqamətdə atılan mühüm addımlardan biridir. 

Azərbaycan Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi, su elektrik stansiyalarının modernləşdirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsini strateji məqsədlər kimi diqqətdə saxlayır. Bununla bərabər, ölkəmizin qarşısında 2050-ci ilə qədər karbon emissiyalarının minimuma endirilməsi və enerji sektorunda bərpa olunan mənbələrin payının əhəmiyyətli dərəcədə artırılması mühüm vəzifə kimi durur. Bu hədəflər Azərbaycanın təkcə regionda deyil, qlobal enerji bazarında da mövqeyini möhkəmləndirəcəyi əminliyindən xəbər verir. 

Azərbaycanın enerji strategiyası son illərdə yalnız karbohidrogen resurslarının ixracı ilə məhdudlaşmır. Bu strategiya artıq “yaşıl” enerjinin inkişafı və beynəlxalq enerji təhlükəsizliyində Azərbaycanın rolunun artırılması istiqamətində genişlənir. Bu kontekstdə Zəngəzur Yaşıl Enerji Dəhlizi layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə təkcə regional inteqrasiyanı deyil, eyni zamanda Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında strateji əməkdaşlığın dərinləşməsini də təşviq edir.

Zəngəzur Yaşıl Enerji Dəhlizi Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi potensialından istifadə edərək bu təmiz enerjinin Avropaya ötürülməsini nəzərdə tutur. Layihənin əsas məqsədi Azərbaycanın “yaşıl” enerji potensialını beynəlxalq bazarlara çıxarmaq, Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfə vermək və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səyləri dəstəkləməkdir.

Azərbaycanın hesablamalarına görə, bu bölgədə 7-10 QVt gücündə bərpa olunan enerji istehsal potensialı mövcuddur. Bu enerji, xüsusilə də Cənubi Qafqazdan keçən və Gürcüstan vasitəsilə Qara dənizə, oradan isə Rumıniya və digər Aİ ölkələrinə uzanacaq “Qara dəniz elektrik kabeli” vasitəsilə Avropaya çatdırılacaq.

Aİ üçün enerji təhlükəsizliyi və dayanıqlı enerji mənbələrinin artırılması son illərdə prioritet sahələrdəndir. Rusiya-Ukrayna müharibəsi fonunda Aİ Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə alternativ enerji mənbələri və tərəfdaşlar axtarışına çıxıb. Bu kontekstdə Azərbaycanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında imzalanmış “Strateji Enerji Tərəfdaşlığına dair Anlaşma Memorandumu” çərçivəsində tərəflər bərpa olunan enerji, xüsusilə də “yaşıl” enerji ixracının artırılması istiqamətində razılığa gəliblər. Bu razılaşmanın davamı olaraq, 2022-ci ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “Yaşıl enerji dəhlizi”nin yaradılması barədə saziş imzalanıb.

Zəngəzur dəhlizi bu layihənin mühüm komponentlərindən biridir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılacaq enerji stansiyaları Naxçıvan üzərindən Türkiyəyə və oradan da Avropaya birləşmək imkanına malik olacaq. Bu, həm Azərbaycanın Naxçıvanla birbaşa enerji əlaqəsini təmin edəcək, həm də “yaşıl” enerjinin ixracını asanlaşdıracaq.
Bu dəhliz, eyni zamanda, Azərbaycanın regional nəqliyyat və enerji qovşağına çevrilməsi siyasətinə xidmət edir. Zəngəzur dəhlizi enerji və nəqliyyat marşrutu olaraq Cənubi Qafqazın yeni reallıqlarını formalaşdırır.

Aİ ilə bu sahədə əməkdaşlıq təkcə enerji təchizatçısı – müştəri münasibətindən ibarət deyil. Bu təşkilat, həmçinin Azərbaycanda bərpa olunan enerji infrastrukturunun yaradılmasına texniki və maliyyə dəstəyi verməyə hazırdır. Bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Avropa İnvestisiya Bankı (AİB) və digər qurumlarla danışıqlar aparılır.

Azərbaycan da, öz növbəsində, bu əməkdaşlığı investisiya imkanlarının genişləndirilməsi və texnologiyaların ölkəyə gətirilməsi baxımından dəyərləndirir. Ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması və “yaşıl” iqtisadiyyatın inkişafı Azərbaycanın 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf prioritetləri sırasında yer alır.

Əlbəttə, belə bir iri enerji layihəsinin həyata keçirilməsi mühüm çağırışlar da doğurur. İnfrastrukturun qurulması, sərmayələrin cəlbi, texniki təhlükəsizlik və regional sabitlik kimi məsələlər əsas problemlər sırasındadır. Xüsusilə Ermənistanla münasibətlərdə gərginliklərin hələ də qalması Zəngəzur dəhlizinin tam reallaşmasını ləngidə bilər.

Bununla belə, Azərbaycanın diplomatik səyləri, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və Avropa İttifaqının güclü maraqları bu layihənin həyata keçməsini daha real edir.

Zəngəzur Yaşıl Enerji Dəhlizi Azərbaycanın “yaşıl” enerji sahəsindəki imkanlarını reallaşdırmaqla yanaşı, ölkəmizi Avropa enerji bazarının əhəmiyyətli oyunçularından birinə çevirəcək. Bu layihə həm Azərbaycanın milli maraqlarına, həm də Aİ-nin enerji təhlükəsizliyinə və “yaşıl” keçid məqsədlərinə xidmət edir. Strateji əməkdaşlıq və qarşılıqlı siyasi iradə bu hədəflərin gerçəkləşməsində əsas rol oynayacaq.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see239

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see233

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see146

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see138

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see126

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see124

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri