Icma.az
close
up
RU
Enerji strategiyasının siyasi memarlığı ŞƏRH

Enerji strategiyasının siyasi memarlığı ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qlobal enerji sisteminin transformasiya olunduğu, geosiyasi risklərin artdığı və enerji təhlükəsizliyinin dövlət siyasətinin əsas prioritetinə çevrildiyi bir dövrdə Cənub Qaz Dəhlizi təşəbbüsü strateji əhəmiyyətini daha da möhkəmləndirir. Bu genişmiqyaslı layihənin siyasi koordinasiya mərkəzi kimi çıxış edən Cənub Qaz Dəhlizi Məşvərət Şurası isə artıq regional platformadan daha geniş – Avrasiya enerji dialoqunun mühüm institusional mexanizminə çevrilib.

Cənub Qaz Dəhlizi Xəzər hövzəsinin zəngin qaz ehtiyatlarını Avropa bazarına birbaşa çıxaran çoxşaxəli infrastruktur sistemidir. Layihənin texniki dayaqları olan Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik Qaz Boru Kəməri minlərlə kilometr məsafəni əhatə edərək enerji marşrutlarının şaxələndirilməsini təmin edir. Lakin bu layihənin davamlılığı yalnız texniki imkanlarla deyil, siyasi iradə və çoxtərəfli əməkdaşlıqla şərtlənir. Məhz bu nöqtədə Məşvərət Şurasının rolu xüsusi əhəmiyyət daşıyır.

Şura çərçivəsində hasilatçı, tranzit və istehlakçı ölkələr eyni platformada bir araya gələrək strateji məsələləri müzakirə edir, gələcək perspektivləri müəyyənləşdirir və qarşılıqlı öhdəlikləri uzlaşdırırlar. Bu format enerji diplomatiyasının yeni modelini formalaşdıraraq, regional əməkdaşlığı daha sistemli və institusional müstəviyə çıxarır.

Şuranın iclaslarında çıxış edən İlham Əliyev dəfələrlə vurğulayıb ki, Cənub Qaz Dəhlizi Azərbaycanın uzunmüddətli və düşünülmüş enerji strategiyasının nəticəsidir. Dövlət başçısı bildirib: “Biz sübut etdik ki, mürəkkəb geosiyasi şəraitdə belə, qarşılıqlı etimada və konkret öhdəliklərə əsaslanan əməkdaşlıq uğur gətirir.” Prezident həmçinin qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinə real və davamlı töhfə verir.

Bu bəyanatlar yalnız siyasi mesaj deyil, həm də layihənin mahiyyətini ifadə edən strateji yanaşmadır. Çünki Cənub Qaz Dəhlizi iqtisadi gəlirlərlə yanaşı, regionda sabitliyin və tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Enerji marşrutlarının şaxələndirilməsi, bazarların genişləndirilməsi və ötürmə gücünün artırılması ilə bağlı müzakirələr layihənin gələcək mərhələyə keçdiyini göstərir.

Eyni zamanda, Məşvərət Şurasının gündəliyində “yaşıl enerji” komponentinin genişləndirilməsi, hidrogen potensialının araşdırılması və enerji keçidi dövründə qazın körpü yanacaq kimi rolu da xüsusi yer tutur. Bu isə təşəbbüsün yalnız bu günün deyil, gələcəyin enerji reallıqlarına da uyğunlaşdırıldığını nümayiş etdirir.

Nəticə etibarilə, Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq sadəcə layihənin müşayiət mexanizmi deyil, regionda enerji təhlükəsizliyinin siyasi memarlığını formalaşdıran strateji platformadır. Azərbaycanın təşəbbüskarlığı və qətiyyətli siyasi iradəsi sayəsində bu platforma Avrasiya məkanında uzunmüddətli əməkdaşlığın və sabitliyin təminatçılarından birinə çevrilməkdədir.Formun Altı

Rizvan Məmmədov

YAP Şahbuz rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Mart 2026 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri