Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Enerji tərəfdaşlığından geniş iqtisadi əməkdaşlığa

Enerji tərəfdaşlığından geniş iqtisadi əməkdaşlığa

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində Berlində səsləndirilən bəyanatlar bir daha təsdiqlədi ki, Azərbaycan–Almaniya münasibətlərinin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlığın daha da genişləndirilməsidir. Son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi iqtisadi əlaqələrin də yeni mərhələyə yüksəlməsi üçün möhkəm zəmin formalaşdırıb. Prezident İlham Əliyevin çıxışında bu məsələyə xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Dövlət başçısı vurğuladı ki, Azərbaycan Almaniya iqtisadiyyatı ilə əməkdaşlığın inkişafında maraqlıdır və bu istiqamətdə kifayət qədər böyük potensial mövcuddur. Xüsusilə ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, yüksək texnologiyalar, bərpaolunan enerji, nəqliyyat və logistika kimi sahələr gələcək əməkdaşlığın əsas istiqamətləri kimi ön plana çıxır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu Avropa ilə Asiyanı birləşdirən mühüm ticarət marşrutlarının inkişafında ölkəmizin rolunu daha da artırır.

Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və xarici investorlar üçün yaradılmış əlverişli biznes mühiti ilə bağlı idi. Son illərdə ölkədə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti və qeyri-neft sektorunun inkişafı Azərbaycanı xarici sərmayə üçün cəlbedici məkana çevirib. Almaniya kimi güclü sənaye ənənələrinə malik dövlətlə əməkdaşlığın genişlənməsi isə bu prosesə əlavə dinamika verə bilər. Federal Kansler Fridrix Merts də öz bəyanatında iqtisadi əlaqələrin inkişafına maraq göstərərək qarşılıqlı əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsinin vacibliyini qeyd etdi. Bu yanaşma göstərir ki, hər iki tərəf münasibətləri yalnız mövcud layihələrlə məhdudlaşdırmaq niyyətində deyil. Əksinə, yeni investisiya təşəbbüsləri, biznes dairələri arasında əlaqələrin möhkəmləndirilməsi və müasir texnologiyaların tətbiqi gələcək əməkdaşlığın prioritetləri sırasında yer alır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə də iqtisadi münasibətlərin mühüm tərkib hissəsidir. Lakin Prezident İlham Əliyevin bəyanatından aydın görünür ki, Bakı artıq əməkdaşlığı yalnız enerji sahəsi ilə məhdudlaşdırmır. Məqsəd iqtisadi əlaqələri daha çoxşaxəli xarakterə malik strateji tərəfdaşlığa çevirməkdir. Bu baxımdan Almaniya ilə münasibətlər həm ölkəmizin iqtisadi inkişaf strategiyasına, həm də Avropa ilə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verəcək.

Beləliklə, Berlin görüşündə verilən mesajlar göstərdi ki, Azərbaycan–Almaniya iqtisadi əməkdaşlığı yeni imkanlar mərhələsinə qədəm qoyur. Bu isə hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Avrasiya məkanında iqtisadi inteqrasiyanın güclənməsinə də mühüm töhfə verə bilər.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 İyul 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri