Ermənistan Azərbaycanın iqtisadi əməkdaşlığa hazırdır Xudatyan
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ermənistan 8 avqustda imzalanmış Vaşinqton Bəyannaməsinə uyğun olaraq Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılmasına fəal şəkildə hazırlaşır.
Ölkə.Az erməni KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bəyan edib.
Onun sözlərinə görə, Ermənistan təkcə maraqlı deyil, həm də Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıq qurmağa hazırdır:
“Türkiyə, Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığa gəlincə, Ermənistan buna hazırdır və bunda maraqlıdır. Biz bu proqramın (TRIPP — Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu — Red.) həyata keçirilməsinə və Azərbaycanla nəqliyyat kommunikasiyalarının açılmasına 8 avqustda Vaşinqtonda qəbul olunmuş, Ermənistan Respublikasının baş naziri, Azərbaycan Prezidenti və ABŞ Prezidenti tərəfindən imzalanmış bəyannaməyə uyğun olaraq fəal şəkildə hazırlaşırıq”, — deyə nazir bildirib.
Xudatyan həmçinin Ermənistan və Türkiyə arasında Gümrü–Qars dəmir yolu əlaqəsinin yenidən açılmağa hazır olduğunu da vurğulayıb:
“Biz bunu ictimai şəkildə bəyan etmişik və hesab edirik ki, dəmir yolu əlaqəsinin açılması regional qarşılıqlı əlaqəni daha da möhkəmləndirəcək”, — deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 22 Avqust 2025 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















