Icma.az
close
up
RU
Engin Özer: “Türkiyə bu məsələyə müdaxilə etməməlidir”

Engin Özer: “Türkiyə bu məsələyə müdaxilə etməməlidir”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul 20 sutka həbs olunub.

Bununla bağlı Kişinyov məhkəməsi müvafiq qərar qəbul edib.

Qeyd edək ki, Qutsul bir neçə gün öncə Kişinyov aeroportunda saxlanılmışdı. O, Rusiya və Türkiyə liderlərinə məktub yazaraq, dəstək istəmişdi.

Maraqlıdır, Yevgeniya Qutsulun həbsi bölgədə vəziyyəti daha da gərginləşdirə bilər?

Türkiyəli politoloq, "Ankara-Moskva" ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özer "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, ilk öncə regionda baş verən proseslər düzgün və dəqiq şəkildə qiymətləndirilməlidir:

“Hazırda Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Türkiyəyə yaxın bir namizəd deyil. Onun Kreml ilə ciddi əlaqələri var və bir neçə dəfə Rusiyaya səfər edib. Buna görə də bu məsələ yalnız Moldova ilə Rusiya arasında olan bir problem kimi qiymətləndirilə bilər.

Moldova hökuməti bu gün qondarma “Dnestryanı Moldova Respublikası” ilə bağlı olaraq Rusya ilə birbaşa qarşıdurmadadır. Məhz bu məsələyə də bu kontekstdən yanaşılmalıdır".

Ekspert qeyd edib ki, Avropa İttifaqı Moldova üzərindən Rusyaya təzyiq edir:

“Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul məsələsi də buna daxildir. Ancaq Türkiyənin Moldova üzərində heç bir təsiri yoxdur. Bunu açıq şəkildə deyə bilərəm. Türkiyə ilə Qaqauz muxtariyyəti arasında sadəcə mədəniyyət əlaqəsi ola bilər. Qaqauziya bölgəsinə Türkiyənin heç bir təsiri yoxdur.

Qaqauziya uzun müddətdir Rusiyaya bağlanmaq istəyən və mərkəzi hökumətdən daha sıx əlaqələri olan bir bölgədir. Bu yalnız Avropa İttifaqı ilə Rusya arasında olan problemidir. Türkiyə bu məsələyə daxil olmamalıdır.
Xatırladım ki, bir müddət öncə Yevgeniya Qutsul Putin və Ərdoğana müraciət edib, bu müraciətə birbaşa Kreml cavab verəcək. Türkiyənin bu bölgədə edə biləcəyi bir şey yoxdur. 

Türkiyə hazırda Avropa İttifaqı ilə açıq bir münaqişədə deyil. Əgər Türkiyə bu məsələyə müdaxilə etsə, bu, yalnız Rusiya ilə Avropa İttifaqı arasındakı bir mübahisə halına gələcək.

Yevgeniya Qutsulun həbsi antidemokratik hərəkətdir, bunu başa düşürük, amma bu məsələ Türkiyənin problemi deyil. Türkiyə bu məsələyə müdaxilə etməməlidir".

Səbinə Uğur
"Cebheinfo.az"

 

Açar sözlər: Engin Özer Türkiyə Moldova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Mart 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see294

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see285

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see277

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see259

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see243

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see236

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see189

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see175

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see171

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see165

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri