Icma.az
close
up
RU
Engin Özer: “Uzunmüddətli sülh saziş imzalanması...”

Engin Özer: “Uzunmüddətli sülh saziş imzalanması...”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında Rusiya-Amerika münasibətlərinin bərpasına və Ukraynadakı münaqişəyə son qoyulmasına yönəlmiş danışıqlar davam edir.

Maraqlıdır, bu görüşdən gözləntilər nədir? Ümumiyyətlə, döyüş əməliyyatlarının aparıldığı vaxtda bu cür görüşlərin baş tutmasının bir mənası varmı? Məhz bu görüş sadəcə, müharibənin bitməsi ilə bağlıdır?

Türkiyəli politoloq, "Ankara-Moskva" ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özer "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, artıq Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında Trampın Ukrayna ilə bağlı planı təqdim edib.

Onun sözlərinə görə, hələlik Trampın Ukrayna ilə bağlı konkret sülh planı yoxdur, onun əsas məqsədi münaqişəni dondurmaq və qısa müddətdə atəşkəsə nail olmaqdır:

"Belə ki, son altı ayda bu istiqamətdə ciddi işlər aparılır. İndiki mövcud geosiyasi vəziyyəti nəzərə alsaq, sülh müqaviləsinin imzalanması olduqca çətindir. Çünki Ukrayna və Rusiya arasında sülh müqaviləsinin imzalanmasına üçün müharibə cinayətlərinə görə məhkəmə prosesləri, torpaqların qaytarılması və ya müharibə təzminatları kimi məsələlər öz həllini tapmalıdır.

Məhz razılaşdırılmamış məsələlərlə üzrə uzunmüddətli sülh saziş imzalanması mümkün deyil. Amma münaqişənin dondurulması və uzunmüddətli atəşkəsə nail olmaq olar.

Qaldı Zelenskinin Trampın Ukrayna ilə bağlı planına qarşı çıxması və Ər-Riyadda keçirilən görüşdə iştirak etmək istəməməsi başadüşüləndir. Çünki bu görüşlə bağlı Ukraynanın mövqeyi bəllidir.

Digər tərəfdən isə Tramp administrasiyası Zelenski ilə işləmək istəmir, ABŞ rəsmiləri açıq şəkildə bunu bəyan edirlər. Onlar Ukraynada tez bir zamanda yeni seçkilərin keçirilməsini və yeni prezidentin seçilməsini istəyirlər. Bu kifayət qədər ciddi problemdir".

Ekspert qeyd edib ki, rəsmi Kiyevin düşünəcəyi daha bir məsələ isə Ukraynanın İngiltərə ilə strateji tərəfdaşlıq qurma planıdır:

"Belə ki, Ukrayna ilə İngiltərə arasında strateji olaraq dağ-mədən sahəsinə istiqamətlənmiş 100 illik bir müqavilə imzalanıb. Bu isə Tramp və Zelenski arasında ciddi fikir ayrılıqlarına səbəb olub.

Səudiyə Ərəbistanının bu məsələdə mövqeyinə gəldikdə, onlar müharibədən sonra Ukraynanın yenidən qurulmasına maliyyə dəstəyi verməyi planlaşdırır. Böyük ehtimalla Səudiyə Ərəbistanı Ukraynanın yenidən qurumasına külli miqdarda investisiya yatıracaq. Onlar xüsusilə kənd təsərrüfatı sahəsinə, eləcə də mədən sənayesinə maraq göstərirlər.

Qeyd edim ki, Rusiya artıq Orta Şərqdə etibar edilə biləcək azsaylı ölkələrdən biridir. Burada iki əsas oyunçu var, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyə Ərəbistanı. Hazırda bu ölkələr Ukrayna ilə Rusiya arasında vasitəçilik rolunu oynaya bilər.

Bildirim ki, Səudiyə Ərəbistanının Tramp administrasiyası ilə, xüsusilə də Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanla keçmişdən yaxşı əlaqələri var. Buna görə də lazım gələrsə, müəyyən təzyiqlər göstərməklə də müəyyən qədər rol oynaya bilərlər”.

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Fevral 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri