Icma.az
close
up
RU
“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsinin açılış mərasimi olub

“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsinin açılış mərasimi olub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 8 avqust,AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təşəbbüsü ilə reallaşdırılan “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının rəsmi açılış mərasimi keçirilib.

İİTKM-dan AZƏRTAC-a bildirilib ki, tədbirin açılışını Mərkəzin icraçı direktoru professor Vüsal Qasımlı edib. O, çıxışında “Startup School” layihələrinin innovasiya və sahibkarlıq ekosisteminin inkişafındakı rolunu vurğulayıb, proqramın əvvəlki mərhələlərdə region ölkələri arasında innovativ əməkdaşlıq platforması yaratmaq baxımından əhəmiyyətini diqqətə çatdırıb. Vüsal Qasımlı qeyd edib ki, layihə startapların bilik və bacarıqlarının artırılmasına, onların innovasiya ekosisteminə inteqrasiyasına və qlobal bazarlara çıxışına mühüm töhfə verir.

Tədbirdə, həmçinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış ediblər. Onlar innovasiya sahəsində bu cür beynəlxalq təşəbbüslərin önəmini vurğulayaraq, dövlət qurumları ilə startaplar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Startup School 3” layihəsi ilə bağlı ətraflı təqdimatla çıxış edib. O, bu mərhələdə layihəyə olan beynəlxalq marağın və geniş tərəfdaşlıq imkanlarının Azərbaycanın innovasiya ekosisteminin uğurlu inkişaf göstəricisi olduğunu bildirib.

“Startup School 3” layihəsinin tərəfdaşları “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərim və “Baku Holiday Travel” şirkətinin direktoru Ramil Rzayev çıxışlarında layihə çərçivəsində əməkdaşlıq imkanlarından məmnunluq ifadə edərək, bu tip təşəbbüslərin birgə təşkilinin ekosistem üçün daha uğurlu nəticələr gətirəcəyini vurğulayıblar. Onlar bildiriblər ki, akselerasiya proqramı ümumilikdə ekosistemin inkişafına ciddi töhfələr verməklə yanaşı, tərəfdaş təşkilatların da bu sahədə inkişafına, xüsusilə ekosistem oyunçuları arasında əlverişli əməkdaşlıqların formalaşmasına təkan verir.

Qeyd edək ki, “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramına Azərbaycan, Türkiyə, Pakistan, Qırğızıstan, Gürcüstan və Cənubi Koreyadan ümumilikdə 148 müraciət daxil olub. Onlardan 126 layihə ilkin seçim mərhələsini uğurla keçərək akselerasiya proqramının təlim sessiyalarında iştirak hüququ qazanıb.

Təlim və mentorluq xidmətləri avqust, sentyabr və oktyabr aylarında beynəlxalq səviyyəli ekspertlər tərəfindən həyata keçiriləcək. Proqramın yekun mərhələsində – Demoday tədbirində – seçilmiş startaplar beynəlxalq vençur fondlarının nümayəndələrindən ibarət jüri qarşısında təqdimatla çıxış edəcəklər.

“Enterprise Azerbaijan” portalı akselerasiya proqramının icrasında 10 ölkədən 39 təşkilatla – 21 yerli və 18 xarici qurumla əməkdaşlıq edir. Proqrama ABŞ, Türkiyə, Pakistan, Malta və Azərbaycanı təmsil edən 5 vençur fondu da tərəfdaş kimi qoşulub.

“Startup School 3” layihəsi innovativ ideyaların dəstəklənməsi, dayanıqlı və rəqəmsal sahibkarlıq mühitinin təşviqi, eləcə də regional və beynəlxalq şəbəkələrin qurulması baxımından əhəmiyyətli platforma kimi çıxış edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see181

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see179

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see150

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see145

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see144

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see124

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see119

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see119

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri