Icma.az
close
up
RU
“Enterprise Azerbaijan”: “Startup School 3” layihəsinə müraciətlər başa çatıb

“Enterprise Azerbaijan”: “Startup School 3” layihəsinə müraciətlər başa çatıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 1 avqust, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Enterprise Azerbaijan" portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramına startapların müraciətləri başa çatıb.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, akselerasiya proqramına 6 ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Gürcüstan, Cənubi Koreya, Qırğızıstan) 150-yə yaxın startap müraciət edib. Onlardan 125-i ilkin şərtləri yerinə yetirdiklərinə görə onlayn təlim və mentorluq xidmətlərindən istifadə etmək hüququ qazanıblar.

Onlayn təlim və mentorluq xidmətləri cari ilin avqust, sentyabr və oktyabr aylarında 10 fərqli ölkədən (Azərbaycan, ABŞ, Çin, Almaniya, Türkiyə, Pakistan, Malta, Rusiya, Finlandiya, Estoniya) cəlb edilmiş mütəxəssislər tərəfindən təqdim ediləcək.

Akselerasiya proqramına qəbul olunan iştirakçılara növbəti mərhələlər barədə elektron məktub göndərilib. Proqram çərçivəsində ilk onlayn təlim 4 avqust tarixində təşkil ediləcək.

Noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan “Demo Day” proqramında akselerasiya proqramının ən uğurlu startapları investorlara təqdim ediləcək. “Demo Day” proqramında müxtəlif ölkələrdən (Azərbaycan, ABŞ, Çin, Türkiyə, Pakistan, Malta) vençur fondlarının nümayəndələrinin iştirakı razılaşdırılıb.

Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının həyata keçirilməsində İİTKM-nin operatoru olduğu “Enterprise Azerbaijan” portalı müxtəlif ölkələrdən olan 35 təşkilatla əməkdaşlıq edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri