Entoni Teylor Türkiyədə yeni vəzifəyə təyin olundu TFF açıqladı
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İngiltərəli sabiq hakim Entoni Teylor Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsində vəzifəyə başlayıb.
Apasport.az xəbər verir ki, o, komitənin Elit Hakimlər Direktoru təyin olunub.
TFF-nin açıqlamasında bildirilib ki, Entoni Teylor yüksək dərəcəli hakimlərin texniki inkişaf proseslərinin planlaşdırılmasına, performansın qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsinə və təlim proqramlarının hazırlanmasına rəhbərlik edəcək.
O, həmçinin oyunların təhlili, hakimlərə geribildirim verilməsi və UEFA ilə FİFA standartlarına uyğun inkişaf strategiyalarının hazırlanmasına cavabdeh olacaq.
Entoni Teylor 2013-cü ildən FİFA referisi kimi fəaliyyət göstərib. O, karyerası ərzində dünya və Avropa çempionatları, UEFA Çempionlar Liqası, Avropa Liqası, Millətlər Liqası və Klublararası Dünya Çempionatı kimi turnirlərdə oyunlar idarə edib.
Qeyd edək ki, ingiltərəli hakim 2022/2023 mövsümündə UEFA Avropa Liqasının, 2023-cü ildə Klublararası Dünya Çempionatının, 2021-ci ildə UEFA Millətlər Liqasının və 2020-ci ildə UEFA Superkubokunun final görüşlərinə təyinat alıb.
A Seriyasında klubunu dəyişib 36 yaşlı qapıçı La Liqa klubunda “Real”dan zəng gələndə iki dəfə düşünmədim” Ceko daha 1 il “Şalke”də - RƏSMİ “Fulhem”dən rekord transfer - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 04 Avqust 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















