“Epik Qəzəb” əməliyyatının miqyası açıqlandı Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Mərkəzi Komandanlıqlarının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İrana qarşı aparılan “Epik Qəzəb” əməliyyatının miqyasını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, admiralın sözlərinə görə, təxminən 2000 hədəf məhv edilib, sualtı qayıq da daxil olmaqla, 17 hərbi gəmi batırılıb.
“Əməliyyat 2003-cü il İraqın ilk bombardmanlarının intensivliyini təxminən ikiqat üstələyib.
Hazırda əməliyyata 50 mindən çox ABŞ əsgəri, 200 qırıcı təyyarə, iki təyyarədaşıyan zərbə qrupu və strateji bombardmançı təyyarələr cəlb olunub, əlavə qüvvələr hələ də əməliyyat meydançasına göndərilir”, - o qeyd edib.
Admiral bildirib ki, İranın hava hücumundan müdafiə sistemi yüzlərlə ballistik raket, buraxılış qurğusu və pilotsuz uçan aparatla birlikdə “ciddi şəkildə zəiflədilib”:
“Bu, ABŞ-nin Yaxın Şərqdə bir nəsil ərzində həyata keçirdiyi ən böyük hərbi yerləşdirmədir”.
B.Kuper Tehranı hədəf alan gecə əməliyyatlarına dair danışarkən bildirib ki, daha çox imkan yoldadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Mart 2026 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















