Icma.az
close
up
RU
Epşteyn cinayətlərinin arxasında onlar dayanır Britaniyalı ekspertdən SENSASİYA

Epşteyn cinayətlərinin arxasında onlar dayanır Britaniyalı ekspertdən SENSASİYA

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Globalinfo.az irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolşla müsahibəni təqdim edir:

– Cənab Uolş, hazırda beynəlxalq medianın əsas gündəmi “Epşteyn işi” qalmaqalıdır. Bu sənədlər nə üçün indi açıqlandı?

– Sənədlər Konqres üzvləri tərəfindən ABŞ Ədliyyə Nazirliyinə edilən təzyiqlər səbəbindən açıqlanır. Prezident Tramp seçkilərdən əvvəl onların açıqlanacağına söz vermişdi, lakin bunu əhəmiyyətsiz hesab edərək ötüşdürməyə çalışmışdı. Trampın  tərəfdarlarının əksəriyyəti, yəni MAGA dosyelərin açıqlanmasını istəyirdi və Konqresə ictimai təzyiq göstərilib.

– Dünyanın qabaqcıl kəşfiyyat xidmətlərinin həmin adada baş verənlər haqqında məlumatsız olması inandırıcı deyil. Nə üçün bunlar indiyədək açıqlanmayıb? Məsələnin arxasında İsrail və bəzən də Rusiya kəşfiyyatının durması barədə iddialar var. Xüsusilə də dünya siyasi elitasının “Mossad” tərəfindən şantaj yolu ilə idarə olunması iddiası səsləndirilir. Trampın İrana hücumu üçün “Mossad”ın bundan təzyiq aləti kimi istifadə etdiyi barədə şayiələr var. Bu, həqiqət ola bilərmi?

– Bəli, burada “Mossad” və Rusiyanın iştirakı ilə bağlı iddialar var. Rusiya iddiaları bu yaxınlarda ortaya çıxdı, ancaq bu, görünür, diqqəti yayındırmaq məqsədi daşıyır. Epşteyn Rusiyaya getmək istəyib və Britaniyanın rüsvay edilmiş siyasətçisi və ABŞ-dakı səfiri Peter Mandelson vasitəsilə viza almağa çalışıb, lakin bu, uğursuz olub. Epşteynin Rusiyaya marağı ya varlı oliqarxlarla əlaqə qurmaq, ya da rus qızlar axtarıb tapmaq idi. İsrailə qarşı iddialar daha əhəmiyyətlidir.

Bəzi insanlar işin arxasında gizli yəhudi təşkilatının olduğunu iddia edir. Lakin Epşteynin fəaliyyətini maliyyələşdirməsi üçün Qərbdəki tanış yəhudi şirkətlərdən istifadə etdiyi daha çox ehtimal olunur. Görünür, o, bu şirkətlər vasitəsilə gəlirlərini üstələyən külli miqdarda pul əldə edə bilib. Toplanan sənədlərin və fotoşəkillərin çoxluğu bunun kəşfiyyat əməliyyatı olduğunu göstərir. Mərkəzi Kəşfiyyat İdarəsinin bəzi keçmiş üzvləri “Mossad”ın bu məsələdə iştirakını iddia edirlər. Əməliyyatı onlarmı təşviq edib, yoxsa Epşteynin Qərb elitaları haqqında məlumatlarından faydalanmaq imkanını görüblər – bu, sual altındadır.

Patrik Uolş

– Ən ciddi siyasi nəticələr Avropada, xüsusilə Britaniyada baş verib. Kraliçanın oğlu Endryu Vindzor, Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Peter Mandelson, Fransanın keçmiş xarici işlər naziri Cek Lanq tituldan məhrum edilib, vəzifələrini itiriblər. Britaniyanın Baş naziri Kir Starmerin Mandelsonu Vaşinqtona təyin etməsi onun üçün böyük siyasi böhran yaradıb. Bu barədə nə deyə bilərsiniz?

– Mandelsonun ABŞ-a səfir təyin edilməsi ciddi səhv idi. O, əvvəllər Toni Bleyr tərəfindən iki dəfə vəzifəsindən kənarlaşdırılmış, etibarsız şəxs kimi mənfi imic formalaşdırmışdı. Məlum oldu ki, o, 2008-ci ildə Qordon Braun hökumətinin biznes əlaqələri üzrə katibi olarkən ABŞ bankirlərinə gizli maliyyə məlumatlarını sızdırıb. Starmer indi güclü təzyiq altındadır, çünki Epşteynin uşaq alveri ittihamı ilə həbs olunduqdan sonra Mandelsonla dostluğunu davam etdirdiyini bilirdi. Starmerə Mandelsonun təyinatı ilə bağlı məsləhət verən aparat rəhbəri bu yaxınlarda istefa verib. İndi Starmerin özünü xilas etmək üçün qurban verəcəyi başqa kimsə yoxdur. Sorğulara görə, Starmerin çox aşağı reytinqi var və aydındır ki, Leyborist millət vəkilləri yerli seçki nəticələrindən sonra may ayında onu vəzifəsindən kənarlaşdıracaqdılar. Düşünürəm ki, onlar bu məsələlərə görə yeni bir liderin məsuliyyət daşımasındansa, Starmerin zərbəni öz üzərinə götürməsi üçün o vaxtadək qalmasını üstün tutarlar.

– Bu qalmaqalda Trampın da adı hallanır. Bu, noyabr ayında aralıq seçkilərinə necə təsir edəcək? Onun impiçmenti gözlənilirmi?

– Tramp yalnız Senatdakı respublikaçıların əksəriyyəti onun vəzifədən getməsini istədikdə impiçment edilə bilər. Bu, bir sıra açıqlanmalardan və noyabr ayında səsvermədə respublikaçıların uğursuz olmasından asılıdır.

– “Epşteyn adası”nda, həmçinin, müəyyən ayin və ritualların icra olunduğu barədə şayiələr dolaşır. Bu cinayətlərin arxasında həqiqətən də gizli təşkilat durur? Epşteyn cinayətləri məsələsində konspirologiya və reallıq arasındakı cizgi haradan keçir? Uşaqların qurban edilməsi və s. kimi dəhşətli, qeyri-insani cinayətlər həqiqət ola bilərmi?

– Bu məsələlər ətrafında həmişə ağlasığmaz iddialar və gizli təşkilat nəzəriyyələri mövcuddur. Bu iddialar, adətən, iştirakçılar tərəfindən müsbət qarşılanır, çünki bunlar rədd edilə və insanların diqqəti əsl problemlərdən yayındırıla bilər.

– Bütün dünyanı sarsıdan bu hadisə Qərb dəyərlərinin aşınması, mənəvi çöküş kimi xarakterizə olunur. Görünür, dünya artıq əvvəlki tək olmayacaq. Beynəlxalq siyasətdə zəlzələ şoku yaradan bu hadisə dünya siyasəti və tarixində necə bir iz buraxacaq?

– Bəli, dünyanın qalan hissəsi anqlosakson elitaların mənəvi deqradasiyasına degenerasiya əlaməti kimi baxmalıdır. Bu, hazırkı vəziyyət üçün ədalətli yanaşmadır. Lakin bu, yalnız uşaqların istismarı və qadınlara qarşı zorakılıq kimi qanun pozuntuları ilə bağlı deyil. Bu, həm də ekrandakı rəqəmlərdən ibarət olan və kiçik bir azlığı zənginləşdirmək üçün bir yerdən başqa yerə, heç bəlkə də mövcud olmayan pulların hərəkət etdiyi Qərb kapitalizminin təbiəti ilə əlaqədardır. Burada fırıldaqçıların və oğruların fəaliyyəti kimi görünən köhnə üslublu kapitalizm ilə Çin kimi dövlətlərin sənaye qabiliyyəti arasında fərq yaranır. Qərbin sərvəti və təsiri əsasən bu cür çirkin və səthi fəaliyyətlərdən ibarətdirsə, artıq iqtisadi sabitlik üçün möhkəm təməl kimi qəbul edilə bilməz. Avrasiyanın inkişafında real, maddi və əhəmiyyətli olan əməliyyatlar, formalaşmaqda olan Qlobal Cənub və Qərbin düşmənləri və rəqibləri üçün daha cəlbedici olacaq.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Fevral 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri