Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Dostu 6 bıçaq zərbəsi vurdu

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Tramp Harvarda 30 gün vaxt verdi

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

Pezeşkianı Bakıya gətirən səbəb bu imiş Britaniyalı politoloqdan sensasiya

Pezeşkianı Bakıya gətirən səbəb bu imiş Britaniyalı politoloqdan sensasiya

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Globalinfo.az beynəlxalq gündəmdəki mövzularla bağlı britaniyalı politoloq-jurnalist Neil Vatsondan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Böyük Britaniyanın baş naziri çərşənbə axşamı İsrailin Qəzzaya hücumlarını bərpa etməsinin “yanlış” olduğunu bildirib və İsrailin Fələstin torpaqlarını işğalını “qanunsuz” adlandırıb. O, daha sonra deyib ki, “uzunmüddətli perspektivdə sülhü təmin etməyin yeganə yolu” məsələnin ikidövlətli həllinə doğru prosesin başladılması üçün imkanlar yaratmaqdır. Eyni zamanda, Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, iyun ayında Fələstin dövlətini tanıyacaq. Cənab Neil, Qəzza zolağında ciddi humanitar böhran hökm sürür. Bir sıra ölkələr atəşkəs üçün çağırış ediblər. İsrail burada bəlkə də ABŞ-a arxalanır, amma ABŞ sona qədər onu dəstəkləməyə də bilər. Bu baxımdan Fələstin xalqı üçün hər hansı ümidverici ssenari varmı?

– Təəssüf ki, Qəzza zolağında vəziyyət həddən artıq qeyri-sabitdir və üçüncü tərəflərin iştirakı ilə müşayiət olunur. Doğrudur, Böyük Britaniyanın baş naziri Kir Starmer Qəzzada 15 fövqəladə hallar işçisinin öldürülməsi ilə bağlı araşdırma aparılmasını istəyir və Avropanın əksər hissəsində olduğu kimi, ikidövlətli həll yolunu dəstəkləməklə Fələstinə tərəf çıxıb. Fransa hətta Fələstin dövlətini tanıyacağını bəyan edib. Amma nə qədər ki İsraili dəstəkləmək Prezident Tramp üçün işgüzar əhəmiyyət daşıyır, o, İranın HƏMAS-a dəstəyi kimi bunu davam etdirəcək. ABŞ-da 7,5 milyon yəhudi var. Prezident Trampın onların dəstəyinə ehtiyacı var və zərurət olduğu müddətcə İsrailə kömək edəcək.

– Ağ Evdə İsrail Baş naziri Netanyahu ilə görüş zamanı ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə bağlı açıqlamalar verib. “Netanyahuya dedim ki, məntiqli olmalısınız… Türkiyə ilə bağlı hər hansı probleminiz varsa, düşünürəm ki, mən həll edə bilərəm” deyib. İsrail Türkiyənin Suriyada hərbi baza yaratmasına qarşıdır. Tramp isə Türkiyənin Suriyadakı rolunu çox yüksək qiymətləndirir. Tramp İsrail-Türkiyə münasibətlərinin normallaşması üçün hansı addımları ata bilər?

– Şübhəsiz ki, Prezident Tramp İsraili öz ritorikasını yumşaltmağa məcbur etmək üçün hər zaman onun maraqlarının maliyyə təminatçısı rolundan istifadə edə bilər. Məsələ burasındadır ki, Prezident Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Suriyadakı boşluğu doldurmasında rolunu çox yüksək qiymətləndirir. O, həmçinin İsrailin Suriyaya doğru genişlənməsinin ABŞ-ın təchiz etdiyi silahlarla HƏMAS-a qarşı mübarizə apardığı bir vaxtda İsrail üçün mənfi nəticələrə gətirəcəyini qəti şəkildə iddia edə bilər.

– Tramp İranla nüvə silahı proqramı ilə bağlı anlaşma əldə etmək istəyir, lakin İsrail İrana birbaşa hücumu dəstəkləyir. ABŞ-İran danışıqları necə nəticələnə bilər?

– Fikrimcə, Omanda İranla ABŞ arasında birbaşa və ya dolayısı ilə baş tutan danışıqlara müsbət baxılmalıdır. Onlar Trampın ilk administrasiyası zamanı başlayan və hazırda davam edən qarşıdurmanın bir hissəsidir. Və mən inanıram ki, bu danışıqlar uğurlu olacaq, çünki İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei bilir ki, Prezident Tramp praqmatikdir və uğurlu razılaşma İrana sanksiyalardan qurtulmağa kömək edə bilər, ABŞ isə İranın enerji ehtiyatlarına çıxış əldə etməkdən faydalana bilər.

– İran Prezidenti Məsud Pezeşkianın bu ay Azərbaycana ilk səfəri gözlənilir. Səfərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

– İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri onun zamanı baxımdan yüksək qiymətləndirilməlidir. İran sanksiyaların ləğvinə nail ola bilər və Azərbaycanın boru kəmərlərindən, xüsusən də Cənub Qaz Dəhlizindən istifadə etmək istəyə bilər; Azərbaycanın İkinci Qarabağ müharibəsindəki uğurlarından sonra İranın Ermənistana dəstək məsələsinin əhəmiyyətinin azalması və sülh sazişinin yaxın olması; Cənubi Qafqaz getdikcə bir-birinə bağlı və homogen şəkil alır və bundan faydalanmaq istəyir; İranın, xüsusən Güney Azərbaycanda mərkəzdənqaçma meyilləri və müxalif fikirlərə qarşı dəstəyə ehtiyacı var; və Azərbaycana qarşı İranın ciddi müttəfiqi olan Rusiya faktiki olaraq Cənubi Qafqazdakı proseslərdən kənarda qalıb.

– Aprelin 10-da İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında ikinci görüş baş tutdu. Gündəlikdə duran əsas məsələ Ukrayna savaşıdır. Görüşün nəticələri nə ola bilər?

– İstanbulda Ukrayna ilə bağlı ABŞ-Rusiya danışıqları müsbət qiymətləndirilməlidir. TASS-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi danışıqların sonuncu raundunu “məzmunlu və peşəkar” kimi qiymətləndirib. Rusiya, ABŞ və Türkiyə liderləri arasında qarşılıqlı anlaşma və hörmət mövcuddur və onların nümayəndələri də başa düşürlər ki, müsbət nəticəyə nail olmaq lazımdır. İnanıram ki, biz Rusiya-Ukrayna münaqişəsində çoxdan gözlənilən atəşkəsə zəmin yaradacaq əsaslı bəyanatlar və Rusiya və Prezident Zelenskiyə müəyyən qədər uğur əldə etdiklərini hiss etməyə imkan verəcək kompromis təklifləri görəcəyik.

– ABŞ Ticarət Palatası yeni idxal tariflərinin tətbiqinə mane olmaq üçün ABŞ prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirir. ABŞ prezidenti isə tariflərdən büdcəyə 6-7 trilyon dollar gəlir vəd edib. Sizcə, Tramp buna nail olacaqmı?

– Tarif siyasətinin uğuruna dair hesablamalarla bağlı Tramp administrasiyasının iş metodologiyasından əmin deyiləm. Bu iddianı sağçı, Yeni Vətəndaş Azadlıqları İttifaqı qaldırıb və Prezident Trampın Konqreslə məsləhətləşmədən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktını gərəksiz yerə tətbiq etdiyini deyə bilərik. Bununla belə, Prezident Trampın ABŞ-da bəzi güclü hüquqşünaslarla əlaqələri var ki, bu da ona korrupsiyadan tutmuş Kapitoliya təpəsinə hücuma qədər olan məsələlərdə məsuliyyətdən yayınmasına kömək edib. İttifaq öz səylərində uğursuzluğa məhkumdur.

Neil Vatson

– ABŞ Çinlə yeni ticarət savaşına başlayıb. Çin mallarına 124% tarif tətbiq edib. Bu, ABŞ-ın indiyə qədər başqa bir dövlətə qarşı tətbiq etdiyi ən böyük gömrük vergisidir. ABŞ ilə Çin arasında silahlı qarşıdurma gözlənilirmi? Yeni dünya nizamında əsas söz sahibi kim olacaq?

– ABŞ-Çin silahlı qarşıdurması mümkün deyil, ən azı ona görə ki, ABŞ silahlarında Çin texnologiyasından istifadə olunur. Çin, mənim fikrimcə, özünü qlobal miqyasda başlıca qüvvəyə çevirmiş dünyanın ən güclü ölkəsidir. Çin olmasaydı, Rusiya beynəlxalq sanksiyalardan sonra bu qədər uğurla ayaqda qala bilməzdi. Onu da unutmamalıyıq ki, Çin Xalq Respublikası 1949-cu ildə Stalinçi Sovet İttifaqının himayəsi altında yaradılıb. Çinin ABŞ iqtisadiyyatında iştirakının azalması Pekinin uğur hekayəsinə cüzi təsir göstərəcək və nəticə etibarilə dayanıqlı olmayacaq. Prezident Trampın sanksiyalardan istifadə etməsi effektsiz, populist addım olub Amerika xalqına fayda verməyəcək və nəticədə prezidentlik müddətinin sonunda dəyişdirilməli olacaq.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Aprel 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see144

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see113

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri