Icma.az
close
up
RU
Epşteyn işində adı çəkilən məşhur səssizliyini pozdu

Epşteyn işində adı çəkilən məşhur səssizliyini pozdu

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ceffri Epşteyn işində ifadə verən “Microsoft” şirkətinin təsisçisi Bill Qeyts heç vaxt Epşteynin adasına və ya evlərinə getmədiyini, onun qanunsuz fəaliyyətlərində iştirak etmədiyini və heç kimin qurbanı olmadığını bildirib. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Epşteynlə 2011-ci ildə görüşdüyünü deyən Qeyts görüşü böyük bir səhv adlandırıb və iddia edib ki, Epşteyn sonradan keçmişi haqqında məlumatlardan istifadə edərək ona təzyiq göstərməyə çalışıb.

“Microsoft” şirkətinin təsisçisi və dünyanın ən tanınmış iş adamlarından biri olan Bill Geyts, yetkinlik yaşına çatmayan qızlara cinsi istismar edən bir şəbəkə idarə etməkdə ittiham olunan və 2019-cu ildə həbsxanada ölən Ceffri Epşteynin istintaqının bir hissəsi olaraq Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında könüllü olaraq ifadə verib.
Qapalı iclasın əvvəlində danışan Qeyts Epşteynin cinayətkar fəaliyyətlərinin şahidi olmadığını bildirib.

"Heç vaxt onun adasina və ya evinə getməmişəm"

Epşteyndən uzaqlaşdığını bildirən Qeyts, ictimai sahədə tez-tez ortaya çıxan münasibət iddialarına da cavab verib. "Mən heç vaxt onun adasına, fermasına və ya Floridadakı evinə getməmişəm.

Heç kimə qarşı haqsızlıq etməmişəm. Epşteyn mənimlə şəxsi münasibət qurmağa çalışdı, amma mənim belə bir marağım yox idi və heç vaxt onun səylərinə cavab vermədim", - Qeyts deyib.

"Əvvəldən onunla görüşməməliydim"

Cefri Epşteynlə ilk dəfə 2011-ci ildə görüşdüyünü izah edən Qeyts, Epşteynin qlobal səhiyyə layihələri üçün milyardlarla dollar maliyyə təmin edə biləcəyini iddia etdiyini söyləyib.

Qeyts, Epşteynin keçmişdə hüquqi problemləri olduğunu bildiyini, lakin törətdiyi cinayətlərin miqyasını tam başa düşmədiyini bildirərək, "O, görüşlərimizdən öz xeyrinə istifadə etməyə çalışdı. Mən onunla əvvəldən görüşməməli idim. Bu, böyük bir səhv idi" deyib.

"Mənə təzyiq etməyə çalişdi"

Qeyts daha sonra iddia edib ki, özünü Epşteyndən uzaqlaşdırmağa çalışıb, lakin Epşteyn keçmişi ilə bağlı bəzi məlumatlardan istifadə edərək onu yenidən əlaqə qurmağa məcbur edib. 

"Epşteyn yaydığı çoxsaylı yalanlarla yanaşı, keçmiş xəyanətlərimlə bağlı məlumatlardan da istifadə edərək mənə təzyiq göstərməyə çalışıb", - milyarder iş adamı bildirib.

Bill Qeytsin adi Epsteyn işində çəkilib

Amerikalı maliyyəçi Ceffri Epşteyn 2002-2005-ci illər arasında yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunub. Epşteyn 2019-cu ildə həbsxanada ölü tapılıb və hakimiyyət orqanları ölüm səbəbinin intihar olduğunu açıqlayıb. 

Bill Qeytsin adı və Epşteynlə çəkilmiş bəzi şəkillər ABŞ Ədliyyə Nazirliyi tərəfindən ictimaiyyətə açıqlanan milyonlarla səhifəlik Epşteyn sənədlərinə daxil edilib. Lakin Qeyts əvvəllər Epşteynin qanunsuz fəaliyyətindən xəbərsiz olduğunu və heç bir cinayətdə iştirak etmədiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://lent.az
archiveBu xəbər 11 İyun 2026 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri