Icma.az
close
up
RU
“Epşteyn faylları”nda adı çəkilən Azərbaycan şirkəti ilə bağlı şok faktlar

“Epşteyn faylları”nda adı çəkilən Azərbaycan şirkəti ilə bağlı şok faktlar

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bütün dünyanı silkələyən “Epşteyn faylları”nda bir Azərbaycan şirkətinin də adı hallanır. Bu, “AzPod”dur.

Globalinfo.az bildirir ki, “Yeni Sabah” sözügedən şirkətlə bağlı bir sıra maraqlı faktları üzə çıxarıb:

Şirkətin təsis sənədləri qapalı olduğundan onun əsl sahibinin kim olduğu bəlli deyil. Amma ehtimallara əsasən, bu şəxs keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədovdur.

Açıq mənbələrdə “Azpod” MMC-nin adı müxtəlif vaxtlarda bir sıra məhkəmə şikayətləri və vergi borcu ilə hallanıb. Məsələn, 2015-ci ildə “AzSığorta” “AZPOD” şirkətini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan “Azpod” MMC apellyasiya şikayəti verib. Həmin il sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində “AZPOD” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) “AzSığorta” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb. Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

2017-ci il martın 25-də keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulub. Həm də “Paşa Bank” ASC-nin iddiası əsasında.

Məhkəmədə “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Məmmədovun şəxsən özü cavabdeh tərəf olub.

Onlara məxsus bir neçə əmlaka, o cümlədən Nərimanov rayonundakı əmlak kompleksi, qeyri-yaşayış binası və Anar Məmmədovun şəxsi mülkiyyətindəki Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsi həbs qoyub. Həmin əmlakların bağışlanması, satılması, məhv və istismar edilməsi cavabdehlərə və digər şəxslərə qadağan edilib.

“PAŞA Bank” ASC cavabdehlər – “Garant İnşaat Sənaye” MMC-yə (əvvəlki “Azbentonit” sement və tikinti qatqıları zavodu), “Garant Holding” MMC-yə, “Azpod” MMC-yə və Anar Məmmədovun özünə qarşı qarşı iddiada söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi. Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləğidi idi. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsinini də tələb edirdi.

Hər iki məhkəmə prosesində adı çəkilən “Azpod” şirkətinin 4 il öncə bir qrup ABŞ konqresmeninin Bakıya səfərinin təşkilinə qatıldığı iddia olunurdu. Turan İnformasiya Agentliyi 2014-cü ilin yanvarında Vaşinqtondakı rəsmi mənbələrə istinadla xəbər vermişdi ki, “Humpty Dumpty Institute” qrupu və “Azpod” MMC noyabrda konqresmenlərin səfərinə 40 min dollara yaxın pul xərcləyib. Həmin illərdə Anar Məmmədovun təsisçisi olduğu Azərbaycan Amerika Alyansı ABŞ-də lobbiçiliklə məşğul idi. 2015-ci ilin yayında – Azərbaycanda iqtisadi böhranın dərinləşdiyi və neft pullarının azaldığı bir zamanda təşkilat fəaliyyətini dayandırdığını elan etmişdi.

2018-ci il iyunun 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşmüş, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəymişdi. Həmin il bununla əlaqədar Prezident İlham Əliyevin tapşırığına əsasən ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Monitorinqlərdə çoxlu pozuntular aşkarlanıb.

Aşkarlanmış qanunsuzluqlarla bağlı toplanılmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılmış, eləcə də hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşlarından və aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət istintaq-əməliyyat qrupları yaradılaraq təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Hüquqazidd əməllərə yol verdiklərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, “Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, “Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barələrində həbs qətiimkan tədbiri seçilib.

2023-cü ildə Azərbaycanda 10-a yaxın şirkətin baş direktoru və təsisçisi olan şəxs 3 milyon manata yaxın vergi borcu olduğuna görə həbs edilib. Mətbuatda yer alan xəbərə görə, Saatlı rayon sakini, 1964-cü il təvəllüdlü Seymur İsmayılov Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2.821.686,30 manat vergi borcu olduğu üçün Cinayət Məcəlləsinin 213.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası məhkum olunub.

O, bir sıra şirkətlərlə yanaşı “Trans Azpod” və “Konstruktor Test” MMC-lərin qanuni təmsilçisi olub. Seymur İsmayılovun rəhbəri olduğu “Trans Azpod” MMC-nin 336 min 488 manat vergi borcu var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Fevral 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri