“Epşteyn işi”ndə şahzadəyə qarşı ikinci iddia Daha bir qadın iddia qaldırmağa hazırlaşır
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyük Britaniya kral ailəsinin üzvü olmuş Endryu Mauntbatten-Vindzor (Şahzadə Endryu) “Jeffri Epşteyn” işi çərçivəsində yeni hüquqi təhlükə ilə qarşılaşıb.
“AzPolitika” “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, ikinci bir qadın Epşteyn tərəfindən Böyük Britaniyaya cinsi münasibət üçün aparıldığını iddia edib.
Adının açıqlanmasını istəməyən qadın bildirib ki, Epşteyn tərəfindən Britaniyaya gətirildikdən sonra Şahzadə Endryu ilə vaxt keçirib və bundan sonra Bukingem Sarayında çay süfrəsində iştirak edib. Qadının ABŞ-dəkı vəkili dünən gecə Şahzadə Endryuya və Kral Ailəsinə ultimatum verərək yaxın vaxtlarda iddiaların müzakirəsi üçün danışıqlara başlanılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyini açıqlayıb.
Qadının sözlərinə görə, o, 2010-cu ildə 20 yaşlarında olub və Epşteynin xahişi ilə Şahzadə Endryunun Royal Lodge iqamətgahında onunla bir gecə keçirib. Bu iddialar Epşteyn işində ittiham irəli sürən şəxslərdən birinin ilk dəfə olaraq cinsi münasibətin birbaşa kral ailəsinə məxsus iqamətgahda baş verdiyini iddia etməsi ilə diqqət çəkir.
200-dən çox Epşteyn qurbanını təmsil edən vəkil Bred Edvards “Daily Mail” nəşrinə bildirib ki, yaxın günlərdə Saray adından kimsə əlaqə saxlayaraq məsələnin müzakirə olunmasını təklif edərsə, bu, ən düzgün yol olar. Onun sözlərinə görə, qarşı tərəfdən addım atılmasa, məhkəmə prosesi qaçılmaz ola bilər.
Qeyd edək ki, Bred Edvards daha əvvəl Virciniya Cuffrenin adından Şahzadə Endryuya qarşı iddia qaldırmışdı. Cuffre Endryu ilə London, Nyu-York və Epşteynə məxsus Karib adasında cinsi münasibətdə olduğunu iddia etmişdi. Həmin iş məhkəməyə çatmadan əvvəl Şahzadə Endryu təxminən 12 milyon funt-sterlinq məbləğində razılaşma ilə bağlanmışdı. Endryu bu razılaşmanı məsuliyyətini etiraf etmədən qəbul etmiş və ittihamları qəti şəkildə rədd etmişdi.
Buna baxmayaraq, ABŞ Ədliyyə Nazirliyinin cümə gecəsi Cefri Epşteynlə bağlı üç milyondan çox sənədi ictimaiyyətə açıqlamasından sonra Şahzadə Endryu yenidən diqqət mərkəzinə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 02 Fevral 2026 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















