Icma.az
close
up
RU
Epşteyn işi ndə daha 6 ad: Elə adamlar var ki...

Epşteyn işi ndə daha 6 ad: Elə adamlar var ki...

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ro Hanna "Ceffri  işi" ilə bağlı sənədlərin senzurasız versiyalarını araşdırdıqdan sonra materiallarda yer alan 6 nəfərin adını açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, Hanna ictimaiyyətə açıqlanan sənədlərin 70-80 faizinin senzuradan keçdiyini bildirib.

Hanna araşdırmadan sonra Nümayəndələr Palatasının kürsüsündə etdiyi çıxışın videosunu "X" sosial şəbəkə platformasındakı hesabında paylaşıb.

O qeyd edib ki, digər konqresmen Tomas Messi ilə birlikdə bir gün əvvəl ABŞ Ədliyyə Nazirliyində sənədlərlə tanış olublar:

“Orada təxminən iki saat keçirdik və gördük ki, dosyaların 70-80 faizi hələ də senzuralıdır”.

Hanna vurğulayıb ki, sənədlərdə adı keçən 6 “varlı və nüfuzlu” şəxsin kimliyi Ədliyyə Nazirliyi tərəfindən “heç bir əsas olmadan” gizlədilib. Onun sözlərinə görə, həmin şəxslər bunlardır: Les Veksner, Sultan Ahmed bin Sulayem, Salvatore Nuara, Zurab Mikeladze, Leonic Leonov və Nikola Caputo.

Konqresmen əlavə edib ki, cəmi iki saatlıq baxış zamanı bu adları müəyyən edə biliblər. Təxminən 3 milyon sənəd senzurasız araşdırılarsa, daha çox adın üzə çıxa biləcəyini deyib.

Hanna bildirib ki, Federal Təhqiqat Bürosunun (FTB) Ədliyyə Nazirliyinə göndərdiyi faylların hamısı senzuralıdır. O, bunu qəribə hal kimi qiymətləndirib: 

“Hamısı senzuralıdır. Bu, bir az qəribədir. Bütün Konqres üzvlərini Ədliyyə Departamentində “senzurasız” fayllarla tanış olmağa dəvət edirlər, lakin FTB-dən gələn bütün fayllar senzuradan keçib".

Digər konqresmen Tomas Məs­si isə "X" hesabında paylaşım edərək qeyd edib ki, Epşteyn sənədlərində adın hallanması avtomatik olaraq günahın sübuta yetirilməsi demək deyil. Bununla belə, o iddia edib ki, 2019-cu ilə aid FBI sənədində Les Veksnerin Epşteynlə birlikdə “uşaq cinsi istismarı cinayətində” ortaq kimi göstərildiyi bildirilir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: "Epşteyn işi" Ədliyyə Nazirliyi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Fevral 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri