Epşteyn qalmaqalı: Melaniya susqunluğunu niyə pozdu?
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın Birinci xanımı Melaniya Tramp cinsi cinayətlərdə ittiham olunan maliyyəçi Ceffri Epşteynlə iddia edilən əlaqələri barədə danışmaq qərarına gəlib. Bu, ABŞ Prezidenti Donald Trampın seçdiyi strategiyaya tam ziddir.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Neue Zürcher Zeitung” (NZZ) nəşri məlumat yayıb.
“Melaniya Trampın bu məsələ ilə əlaqədar ortaya çıxması gözlənilməz oldu. Birinci xanımın təşəbbüsü qəribə görünür, çünki bu, onun həyat yoldaşının Epşteyn qalmaqalı ilə bağlı əvvəlki strategiyasına uyğun gəlmir”, – məqalədə qeyd olunub.
Nəşrin yazdığına görə, Melaniyanın indiyədək demək olar ki, unudulmuş bu qalmaqala yenidən diqqət çəkmək qərarına gəlməsi aydın deyil. Xüsusilə də onun ictimai çıxışlara və media ilə ünsiyyətə ənənəvi ehtiyatlı və uzaqdurma mövqeyi nəzərə alınanda. Bu, birinci xanımla prezident arasında mümkün fikir ayrılıqları söz-söhbətlərini gücləndirib.
Xatırladaq ki, Melaniya Tramp məlum çıxışında Ceffri Epşteynlə iddia edilən əlaqələrini təkzib edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 Aprel 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















