Melaniya Tramp üçün Epşteyn şoku: Qalmaqal ABŞ ı yenidən silkələdi
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
ABŞ-nin birinci xanımı Melaniya Tramp Cefri Epşteynlə əlaqəsi olmadığını və adını təmiləmək istəyirsə, o zaman Konqresdə ifadə verməlidir.
Ölkə.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü, demokrat Subramanyam Melaniya Trampın X sosial media platformasında “uşaq istismarçısı Epşteynin qurbanı olmadığı" barədə açıqlamasına münasibət bildirərkən deyib.
"Birinci xanım Melaniya Tramp adını təmizləmək istəyirsə, Nəzarət Komitəsinin qarşısına çıxmalı və and içərək ifadə verməlidir. Əks halda, bu (bəyanat) həyasızcasına kitab təbliğatından başqa bir şey deyil. Tramp ailəsi adlarını təmizləmək üçün unikal bir mövqedədir, bəs niyə bunu etmirlər?", - demokrat Subramanyam deyib.
Qeyd edək ki, Melaniya Tramp ötən gün Ağ Evdə mətbuata açıqlamasında bildirib ki, Epşteynin qurbanı deyiləm: “Epşteyn məni Donald Trampla tanış etməyib. Mən həyat yoldaşımla 1998-ci ildə Nyu-Yorkda bir məclisdə təsadüfən tanış oldum. Həyat yoldaşımla ilk görüşümüz sənədləşdirilib və kitabımda ətraflı təsvir olunub".
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 11 Aprel 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















