Icma.az
close
up
RU
“Epşteyn sənədləri”ndə Elmar Məmmədyarovun da adı var İDDİA/DETALLAR

“Epşteyn sənədləri”ndə Elmar Məmmədyarovun da adı var İDDİA/DETALLAR

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-nin Ədliyyə Nazirliyi (DOJ) həbsxanada ölən, azyaşlı qızların cinsi istismarı və insan alverində ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə (Jeffrey Epstein) bağlı indiyədək ən geniş sənəd paketini ictimaiyyətə açıqlayıb.

Sfera.az xəbər verir ki, DOJ tərəfindən yaradılan “Epstein Library” platformasında ümumilikdə 3 milyon səhifə sənəd, 180 min foto və 2 min video material yerləşdirilib. Bu sənədlər Epşteynin uzun illər ərzində formalaşdırdığı beynəlxalq əlaqə şəbəkəsini, şəxsi yazışmalarını, səfər planlarını, şahid ifadələrini və istintaq materiallarını əhatə edir.

Yeni açıqlanan sənədlər dünya mediasında geniş rezonans doğurduğu kimi, Azərbaycanla bağlı qeydlərin də üzə çıxması diqqət çəkib. Açıqlanan materiallar arasında Epşteynin müxtəlif illərdə yazdığı elektron məktublar xüsusi yer tutur. Bu məktubların bir qismində Azərbaycanın və Bakının adı birbaşa çəkilir. Sənədlərə əsasən, Epşteynin “Sultan bin Sulayem” adlı şəxslə 2011-ci və 2015-ci illərə aid yazışmaları mövcuddur.

2011-ci il: Bakı səfəri müzakirəsi

2011-ci ilin 30 avqust tarixli e-maildə Epşteyn qarşı tərəfə belə yazır: “Azərbaycanlı dostun Parisə gəlir, yoxsa bu həftəsonu biz Bakıya gedək?” Həmin yazışmada Epşteyn Bakıya birbaşa uçuşun olub-olmadığını da soruşur. Məktubda konkret səfər tarixi göstərilməsə də, Bakıya getmək ehtimalının müzakirə edildiyi aydın görünür. Lakin sənədlərdə Epşteynin 2011-ci ildə Bakıya səfər etdiyini təsdiqləyən uçuş qeydi və ya başqa rəsmi məlumat yer almır.

2015-ci il yazışmaları: “Bakı Parisdən də gözəldir”

2015-ci ilə aid başqa bir yazışmada isə Sultan bin Sulayem sentyabr ayında Bakıda olduğunu bildirir. O, Bakının fotolarını Epşteynə göndərərək şəhəri yüksək qiymətləndirir:

“Amma sənə deyim ki, Bakı çox gözəldir. Parisdən daha gözəl bir şəhərdir, inan mənə”. Həmin məktubda Epşteynin Bakıya gələcəyi təqdirdə ona qoşula biləcəyi də qeyd olunur.  Epşteyn bu məktuba cavab olaraq belə yazır: “Oktyabrın 29-u Dubaya gələ bilərəm və ordan gedə bilərik?” Bu yazışmalar Bakının Epşteynin beynəlxalq əlaqələr şəbəkəsində potensial səfər məkanı kimi nəzərdən keçirildiyini göstərsə də, onun faktiki olaraq Azərbaycana səfər edib-etmədiyi sənədlərlə təsdiqlənmir.

Sultan bin Sulayem kimdir?

Açıqlanan sənədlərlə paralel olaraq ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki demokratlar tərəfindən yayımlanan fotolar da diqqət mərkəzinə düşüb. Həmin fotolar arasında Epşteynin Birləşmiş Ərəb Əmirliklərindən olan biznesmen Sultan Əhməd bin Sulayemlə birgə şəkli yer alır. Lakin yazışmalarda adı çəkilən “Sultan bin Sulayem”lə fotodakı biznesmenin eyni şəxs olub-olmadığı rəsmi şəkildə təsdiqlənməyib. Sultan Əhməd bin Sulayem bu yazışmalarla bağlı ictimai açıqlama verməyib.

“Merante-Baku-Important”: Konqres səfəri planları

Epşteyn sənədlərində Azərbaycanın adının keçdiyi digər diqqətçəkən məqam 2014-cü ilə aid e-maillərdir. Həmin il Epşteynin qardaşı Mark L. Epşteyn Cozef Merante adlı şəxsdən aldığı və “Merante-Baku-İmportant” başlığı ilə işarələnmiş məktubu Cefri Epşteynə göndərib. Məktubda qeyd olunur ki, ABŞ Konqres üzvlərinin 21 may-4 iyun tarixlərində Azərbaycana səfəri planlaşdırılıb, yalnız bir konqres üzvü səfəri təsdiqləyib, digərləri imtina edib, azərbaycanlı sponsorlar yaranmış vəziyyətdən narahatdır, konqresmenlərin yerinə media, maliyyə, bankçılıq, təhsil və digər sahələrdə tanınmış şəxslərin cəlb edilməsi təklif olunur, səfər “plus-one” formatında nəzərdə tutulur və bütün xərclər birinci sinif səviyyəsində qarşılanır.

HDİ-nin saytında yayımlanan məlumatlara əsasən, səfər “AzPod” şirkəti ilə birgə təşkil olunub, nümayəndə heyəti Bakıda parlament üzvləri və keçmiş xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Epşteynin bu səfərin təşkili və nümayəndə heyətinin formalaşdırılmasında birbaşa rolunun olub-olmadığı sənədlərdə açıq göstərilmir. ABŞ Ədliyyə Nazirliyi və hüquq ekspertləri bildirir ki, Epşteynlə yazışmaların və ya əlaqələrin mövcudluğu avtomatik olaraq cinayət məsuliyyəti yaratmır. Açıqlanan sənədlər ittiham aktı deyil, “müştəri siyahısı” hesab olunmur, sənədlərdə adı çəkilən ölkə və şəxslərlə bağlı hüquqi nəticə çıxarılmasına əsas vermir.

Açıqlanan Epşteyn sənədləri göstərir ki, Azərbaycanın və Bakının adı bu materiallarda əsasən şəxsi yazışmalar, səfər planları və beynəlxalq əlaqələr kontekstində hallanır. Sənədlərdə Azərbaycan dövləti və ya rəsmi şəxslərlə bağlı hər hansı birbaşa cinayət ittihamı yer almır. Bununla belə, sənədlər Epşteynin qlobal əlaqə şəbəkəsinin miqyasını və müxtəlif ölkələrlə bağlı planlarını üzə çıxarmağa davam edir. Prosesin növbəti mərhələlərində yeni materialların açıqlanması istisna edilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:425
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Fevral 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri