Icma.az
close
up
RU
Epşteyn və Fətullah Gülənin ortaq nöqtəsi

Epşteyn və Fətullah Gülənin ortaq nöqtəsi

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

ABŞ-da Epşteyn işi ilə bağlı 3 milyondan çox yeni sənədin ictimaiyyətə açıqlanmasından sonra diqqətçəkən detallar üzə çıxıb. Sənədlər dünyada böyük rezonans doğurduğu bir vaxtda, fayllarla əlaqəli adlar arasında maraqlı bir uyğunluq müəyyən edilib.

Milli.Az türkiyə mediasına istinadla xəbər verir ki, ABŞ Baş prokurorunun müavini Todd Blanşın açıqlamasına görə, Epşteyn istintaqına dair minlərlə yeni sənəd artıq ictimaiyyət üçün əlçatandır. Həmin sənədlərdə yer alan məlumatlar Epşteyn işi ilə FETÖ terror təşkilatının lideri Fətullah Gülən arasında hüquqi baxımdan gözlənilməz bir əlaqəni üzə çıxarıb.

Məlum olub ki, ABŞ-da vəfat edən FETÖ lideri Fətullah Gülənin əsas vəkillərindən biri olan Reid Weingarten eyni zamanda maliyyəçi Jeffrey Epşteynin də müdafiə tərəfini təmsil edib.

ABŞ-ın ən nüfuzlu və yüksək maaşlı müdafiə vəkillərindən biri kimi tanınan Reid Weingarten hər iki şəxs üçün kritik dövrlərdə aparıcı rol oynayıb. O, 2008-ci ildə Epşteynin yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar ittihamı ilə mühakimə olunduğu məhkəmədə müdafiə qrupunun əsas üzvlərindən biri olub. Həmin məhkəmə prosesi sonradan "əsrin ən yüngül hökmü" kimi qiymətləndirilib.

Reid Weingarten uzun illər Steptoe & Johnson hüquq firmasında fəaliyyət göstərib və Türkiyənin Fətullah Gülənin ekstradisiyası ilə bağlı ABŞ-a ünvanladığı tələblərə qarşı qurulan müdafiə strategiyasında əsas fiqurlardan biri olub. Bu məsələ ABŞ mətbuatında dəfələrlə gündəmə gətirilib.

Onun müştəri portfeli əsasən beynəlxalq qalmaqallara səbəb olan, siyasi və maliyyə baxımından böyük gücə sahib şəxslərdən ibarət olub.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Fevral 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri