Icma.az
close
up
RU
Epşteynin yaxın dostları Dövlət sirləri sızdıran lord və şahzadə

Epşteynin yaxın dostları Dövlət sirləri sızdıran lord və şahzadə

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


ABŞ Ədliyyə Nazirliyinin açıqladığı yeni “Epşteyn faylları” beynəlxalq qalmaqalın miqyasını daha da genişləndirib. Sənədlərdə adı tez-tez hallanan britaniyalı siyasətçi keçmiş lord Peter Mandelson və və kral ailəsinin üzvü şahzadə Endryu ciddi reputasiya itkisi ilə üzləşiblər.

Bakupost.az xəbər verir ki, Britaniya mətbuatının yazdığına görə, Epşteyn ilə yaxın dostluğu səbəbindən Mandelson həm Leyboristlər Partiyasından, həm də Lordlar Palatasındakı üzvlüyündən istefa verib. Şahzadə Endryu isə sənədlərin dərcindən sonra krallıq iqamətgahını tərk edib.
Yeni sənədlərin açıqlanmasından sonra şahzadə Endryu barəsində polis araşdırması da başlanıb. Polis 2010-cu ildə baş verdiyi iddia olunan cinsi istismar faktı ilə bağlı mövcud məlumatları yenidən araşdırdıqlarını açıqlayıb.
Sənədlərdə Endryunun Epşteyn ilə çox yaxın münasibətdə olduğu, həmçinin onun keçmiş həyat yoldaşı Sara Ferqüsonun da Epşteyn ilə əlaqələrinin olduğu qeyd edilir. Yazışmalardan birində Ferqüsonun Epşteynə “həmişə sevdiyim qardaşım” deyə müraciət etdiyi bildirilir. Məlumata görə, Ferqüson Epşteyni şəxsən ziyarət edib.
Keçmiş baş nazirlər Toni Bleyer və Qordon Braun hökumətlərində nazir vəzifəsində çalışmış, daha sonra lord titulu almış Peter Mandelson üçün isə qalmaqal daha ağır xarakter alıb.
Yeni açıqlanan sənədlərə görə, Mandelson Epşteyn ilə yazışmalarında Britaniya hökumətinin daxili və məxfi məlumatlarını bölüşüb. İddialara əsasən, Epşteyn Mandelsona Qordon Braundan uzaq durmağı tövsiyə edib, Mandelson isə baş nazirin siyasi planları barədə məlumatlar ötürüb.
Sənədlərdə qeyd olunur ki, Qordon Braunun istefasından bir neçə gün əvvəl Epşteyn onun haqqında təhqiramiz ifadə işlədib, istefadan sonra isə Mandelsonun “nəhayət ondan qurtulduq” dediyi yazılıb.
İddialara görə, Mandelson nazir olduğu dövrdə Epşteyndən daha əvvəl aldığı 75 min dollarlıq ödənişdən sonra, ona 500 milyard avroluq maliyyə xilasetmə planları və “Downing Street”ə aid məxfi sənədlər barədə məlumat verib.
Mandelson bu ödənişləri xatırlamadığını və sənədlərin saxta ola biləcəyini iddia etsə də, Epşteyn ilə keçmiş əlaqələrinə görə ictimai şəkildə üzr istəyib.
Mandelson və Epstein arasındakı yaxın münasibət sənədlərdə bir hədiyyə ilə də təsdiqlənir. Epşteyn üçün hazırlanmış doğum günü albomunda ikisinin fotosu yer alıb və Mandelson albomda “Dünyanın harasında olursa-olsun, o mənim ən yaxşı dostum olaraq qalacaq” sözlərini yazıb.
Cavid, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Fevral 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri