Epşteynin yazışmalarını sızdıran haker illər sonra danışdı: “Bir daha bunu etməzdim”
Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ceffri Epşteynin elektron poçt hesabına daxil olaraq minlərlə yazışmanı ələ keçirdiyi bildirilən haker illər sonra danışıb. “Kyrie” təxəllüsündən istifadə edən haker bu addımın ona və ailəsinə ciddi təsir etdiyini deyib.
Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, “Kyrie” Nyu-Yorkda keçirilən “HOPE” haker konfransında şəxsən iştirak etməyib. O, konfrans iştirakçılarına fikirlərini şifrələnmiş mesajlar vasitəsilə çatdırıb. Mesajları tədbirin moderatoru səsləndirib.
Məlumata görə, “Kyrie” ötən il Epşteynin “Yahoo” elektron poçt hesabına giriş əldə edib. O, 2002-2019-cu illər arasında göndərilən və qəbul edilən 20 min 900 elektron məktub və faylı əldə edərək onların bir hissəsini “DDoSecrets” platformasına təqdim edib.
Haker bildirib ki, elektron məktubları araşdırarkən Epşteynlə əlaqəsi daha əvvəl ictimaiyyətə məlum olmayan şəxslərin adlarına da rast gəlib.
Onun sözlərinə görə, hesabı araşdırdığı vaxt Epşteynin ölümündən sonra da aktiv girişlərin olduğunu görüb. Bu məlumatların daha sonra başqa mənbədən əldə edilən yazışmalarla da təsdiqləndiyi bildirilib.
“Kyrie” yazışmaları sızdırdıqdan sonra mümkün təqiblərdən ehtiyat edərək gizlənməyə başladığını bildirib. Onun sözlərinə görə, bu qərar ailəsinin həyatına da ciddi təsir edib və uzun müddət narahatlıq içində yaşamasına səbəb olub.
Konfrans zamanı hakerə eyni imkanı yenidən əldə etsəydi, Epşteynin yazışmalarını bir daha sızdırıb-sızdırmayacağı soruşulub.
“Kyrie” bu dəfə eyni addımı atmayacağını deyib. O, həmin vaxt qərarını doğru hesab etdiyini, lakin sonradan yaşadığı qorxu və maddi itkilərin bunun ağır nəticələrə səbəb olduğunu bildirib.
Bununla yanaşı, haker məlumatların Epşteynin qurbanları və onların ailələri üçün bəzi faktların üzə çıxmasına kömək etdiyini düşündüyünü vurğulayıb.
“Kyrie”nin əsl kimliyi isə açıqlanmayıb. Onun bundan sonra yenidən ictimaiyyət qarşısına çıxıb-çıxmayacağı da məlum deyil.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Epşteynin yaxın dostları Dövlət sirləri sızdıran lord və şahzadə
05 Fevral 2026 15:25
Bill Qeyts Epşteynin məktubundan danışdı
04 Fevral 2026 23:28
Epşteynin ölümü ilə bağlı daha bir İddia
09 Fevral 2026 15:48
Epşteynin uşağı varmış!
13 Mart 2026 16:25
Epşteynin ölümündən sonra çəkilmiş fotoları yayımlandı
04 Fevral 2026 12:42
Baxış sayı:160
Bu xəbər 21 Avqust 2026 16:48 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları