Epşteynlə əlbir olan Maksvell ifadə verməkdən imtina etdi Trampdan əfv istəyir
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ceffri Epşteynlə əlbir olmaqda təqsirli bilinən Qisleyn Maksvell Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsində ifadə verməkdən imtina edib.
Yeniavaz.com “ABC News” telekanalına istinadla xəbər verir ki, bu barədə komitə sədri Ceyms Komer məlumat yayıb.
Onun sözlərinə görə, Maksvell ABŞ Konstitusiyasının Beşinci Düzəlişinə istinad edərək, Epşteynlə bağlı sualları cavabsız qoyub.
Belə ki, ABŞ Konstitusiyasına Beşinci Düzəliş özünə qarşı ifadə verməkdən yayınmağa icazə verir.
“Onun və Epşteynin törətdiyi cinayətlər, eləcə də mümkün əlbirlər barədə çoxlu sualımız var idi. Ancaq o, qanunvericilərin heç bir sualına cavab vermədi”, - komitə sədri bildirib.
Texas ştatındakı federal həbsxanada cəza çəkən 64 yaşlı Maksvel dinləmədə videobağlantı vasitəsilə iştirak edib.
Qapalı şəraitdə keçirilən dinləmə bir saatdan az davam edib.
Eyni zamanda, qanunvericilərin bildirdiyinə görə, Maksvellin vəkili müvəkkilinin Epşteynlə tanış olan hazırkı ABŞ Prezidenti Donald Trampın və ya keçmiş prezident Bill Klintonun hər hansı qanun pozuntusu barədə heç bir məlumata malik olmadığını qeyd edib.
Maksvelin vəkili həmçinin, ABŞ Prezidenti Donald Trampın onu əfv edəcəyi təqdirdə, müvəkkilinin Konqreslə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Qisleyn Maksvell 2022-ci ildə yetkinlik yaşına çatmayanların cinsi istismarına görə 20 illik həbs cəzasına məhkum edilib.
Xatırladaq ki, 2026-cı ilin yanvar ayının sonlarında ABŞ Ədliyyə Nazirliyi “Epşteyn işi” ilə bağlı materialların açıqlanmasını başa çatdırıb və bu materiallarda onlarla tanınmış siyasətçi, kral ailələrinin üzvləri və biznes elitasının adları hallanıb. Epşteynin özünə qarşı qaldırılan cinayət işi onun 2019-cu ildə həbsxanada intihar etməsindən sonra dayandırılıb.
Bu mövzuda digər xəbərlər:Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
10 Fevral 2026 09:25
Trampdan Epşteynlə bağlı AÇIQLAMA
03 Fevral 2026 00:16
Məşhur milyarder Epşteynlə bağlı ifadə verməkdən imtina etdi
03 Sentyabr 2026 20:02
Epşteynin əlbir olduğu şəxs ABŞ Konqresində ifadə verməkdən imtina etdi
10 Fevral 2026 01:41
Trampdan əfv olunmasını xahiş etdi
07 Oktyabr 2025 18:43
Baxış sayı:124
Bu xəbər 10 Fevral 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















