Icma.az
close
up
RU
Əqli Mülkiyyət Agentliyi tərəfindən keçirilən növbəti təlim başa çatıb

Əqli Mülkiyyət Agentliyi tərəfindən keçirilən növbəti təlim başa çatıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin 22 aprel – 20 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının əməkdaşları üçün "Əqli mülkiyyətin əsasları" mövzusunda dərinləşdirilmiş təlim kursu təşkil olunub.

Agentlikdən XQ-yə verilən xəbərə görə, mayın 22-də təlimin başa çatması ilə əlaqədar Akademiyada görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəis müavini, polkovnik Aslan Hüseynov təlimlərin yüksək səviyyədə keçirildiyinə görə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanova təşəkkürünü bildirib. O, Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən təlimlərin faydalı olacağını bildirib.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova qarşılıqlı əməkdaşlığın vacibliyindən danışaraq, əqli mülkiyyətin hər bir sahənin inkişafına töhfə verdiyini vurğulayıb.

Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov kursu müvəffəqiyyətlə başa vuran iştirakçıları təbrik edərək, onların əldə etdikləri bilikləri gündəlik işlərində tətbiq edəcəklərinə ümidvar olduğunu bildirib və onlara uğurlar arzulayıb.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Akif Təvəkküloğlu əqli mülkiyyət sahəsində normativ-hüquqi bazanın formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb. Qeyd edib ki, hazırda əqli mülkiyyət qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə işlər uğurla davam etdirilir.

Görüşdə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İxtira və faydalı modelin ekspertizası şöbəsinin müdiri Sevinc Zeynalova qeyd edib ki, təlimlərin məqsədi Akademiya əməkdaşları üçün əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı maarifləndirmə işinin aparılması və ixtira fəallığının artırılmasına dəstək göstərilməsi idi. O, təlim müddətində Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin mütəxəssisləri tərəfindən iddia sənədinin tərtib olunması, mahiyyət üzrə ekspertizanın aparılması, iddia sənədinin tərkibi, ixtira təsvirinin və ixtira düsturunun tərtib olunmasının xüsusiyyətləri, həmçinin milli və beynəlxalq iddia sənədlərinin verilməsi proseduru, habelə “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) elektron sistemi barədə iştirakçılara geniş məlumat verildiyini diqqətə çatdırıb.

Sonda təlimi müvəffəqiyyətlə bitirən Akademiya əməkdaşlarına sertifikatlar təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri