Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

BMUda Əqli Mülkiyyət Agentliyi ilə birgə tədbir keçirilib FOTOLAR

BMUda Əqli Mülkiyyət Agentliyi ilə birgə tədbir keçirilib FOTOLAR

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetində BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Regional və milli inkişaf sektorunun Keçid və inkişaf edən dövlətlər departamentinin direktoru, professor Habip Asanın iştirakı ilə “Ali təhsildə texnologiya transferi proseslərinin tənzimlənməsi” mövzusunda müzakirələr keçirilib. 

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə birgə təşkil olunan müzakirələrdə BMU-nun rektoru Yaqub Piriyev ÜƏMT rəsmisi Habip Asanın ötən gün universitet rektorları ilə keçirilən görüşünə toxunub, “Əqli mülkiyyətdə kommersiyalaşmanın rolu” ilə bağlı aparılan diskussiyaları olduqca səmərəli adlandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə son dövrlər əqli mülkiyyət sahəsində gerçəkləşdirilən mühüm islahatları önə çəkən rektor, eyni zamanda biliklərə əsaslanan yeni əsr iqtisadiyyatında əqli mülkiyyət, onda cəmlənən intellektual kapitalın önəmini və aktuallığını qeyd edib, habelə BMU-da tədqiqat, innovasiyanın inkişaf etdirilməsi, elmi fəaliyyətin nəticələrinin kommersiyalaşdırılması üçün görülən işləri vurğulayıb.

Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov BMT rəsmisi Habip Asanın belə bir tədbirdə iştirakının əhəmiyyətinə diqqət çəkib, əslən Türkiyədən olan professor, patent sahəsində tanınmış mütəxəssisin bir sıra xarici qurumlarda aktiv fəaliyyətlərini qeyd edib. ÜƏMT ilə ölkəmizin səmərəli əlaqələrindən danışan Kamran İmanov Prezident İlham Əliyev tərəfindən əqli mülkiyyət sahəsində aparılan islahatları, əldə olunan uğurlu nəticələri, Əqli Mülkiyyət Agentliyindəki struktur dəyişikliklərini, əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində atılan addımları nəzərə çatdırıb. 

Kamran İmanov çıxışında ölkəmizdə elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması, tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi, yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması məqsədilə Agentlik tərəfindən görülən işləri vurğulayıb. Bu istiqamətlərdə universitetlərin qarşısında duran vəzifələr, texnologiyaların kommersiyalaşması və transferinin ön plana çəkilməsi, eləcə də kiçik və orta sahibkarlığın iqtisadi rolunun, innovasiya imkanlarının artırılması, burada əqli mülkiyyət siyasətinin dəstəklənməsi, texnoloji innovasiyaların stimullaşdırılması istiqamətlərində tövsiyələrini irəli sürən Kamran İmanov bu baxımdan görüşün və aparılan müzakirələrin müsbət nəticələr verəcəyinə inamını ifadə edib.

Sonra ÜƏMT-nin departament direktoru Habip Asan əqli mülkiyyət mövzusunda təqdimatla çıxış edib. O, insan beyninin məhsulu olan müxtəlif sahələrə aid ixtiraların patentləşdirilməsinə və inkişaf etmiş ölkələrdə əqli mülkiyyətin qazandırdığı gəlirlərə toxunub. Bildirib ki, hazırda bütün dünyada bilgini məhsula çevirmək, patentləşdirmək və real sektora, bazara təqdim etmək daha da aktullaşıb, çünki iqtisadiyyatın böyüməsi innovasiyalara əsaslanan iqtisadi inkişafla şərtlənir. Beynəlxalq qurum rəsmisi dünyanın ayrı-ayrı ölkələrində, o cümlədən Azərbaycanda ali məktəblərin təhsil və tədqiqat, innovasiya, əqli mülkiyyət istiqamətli inkişafından danışaraq BMU-nun üçüncü nəsil universitet olma yönündəki fəaliyyətini, təhsil ocağının akademik heyətinin akademik sahibkarlığa marağını və konkret layihələr üzərində işləməsini yüksək dəyərləndirib. 

Sual-cavab sessiyası ilə davam edən tədbirdə elmi nəticələrin kommersiyalaşdırılması, bu baxımdan ali təhsil ocaqları ilə sahibkarlıq subyektlərinin əlaqələrinin daha da inkişafı, habelə universitetlərlə Agentlik arasındakı sıx əməkdaşlığın müsbət tərəfləri qeyd olunub. Eyni zamanda BMU alimlərinin müzakirələrdəki çıxışlarında Əqli Mülkiyyət Agentliyində yaradılan PƏNAH (Patent və Əmtəə Nişanlarına Açıq Hədəf) sisteminin üstün cəhətlərinddən bəhs edilib. Ayrı-ayrı konktet nümunələrdə 24/7 rejimində fəaliyyət göstərən bu rəqəmsal informasiya sisteminin yaratdığı əlçatan mühit xüsusilə vurğulanıb. 

Sonra BMU Texnoparkının direktoru İsa Qasımov innovasiyalar istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər, tələbələrin startap layihələrinə marağının artması, o cümlədən akademik sahibkarlıq əsaslı proqramların icrası ilə bağlı təqdimatla çıxış edib.

Sonda qonaqlar BMU-nun laboratoriyaları, Texnoparkı və tələbələrin hazırladığı startaplarla yaxından tanış olublar. Tanışlıq zamanı yeni ideyalar əsasında hazırlanan startapların patentləşməsi məsələlərinə toxunulub. 
 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Dekabr 2024 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri