Əqrəb mövsümü bu hadisənin əsasında çəkilibmiş FOTO
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
İTV-də yayımlanan "Əqrəb mövsümü" serialının final seriyası olub. Serialın ssenarisinin real həyatdan götürülməsi onu daha da maraqlı edib.
"Unikal"ın məlumatına görə, sözügüdən real hadisə 1976-cı ildə Moskva vilayətində baş verib.
Hadisənin detalları 2013-cü ildə "Cледствие вели..." verilişinin "Nəyin bahasına olursa olsun" adlı buraxılışında açıqlanır.
Belə ki, 14 yaşlı Kolya və kiçik bacısı Maşa meşədə velosiped sürərkən qəfil yoxa çıxırlar. Onların bataqlığa düşməsi ehtimalı ilə axtarışlara başlanılır.
Bundan sonra ailə başçısına gələn məktubda yazılır: "Uşaqları sağ görmək istəyirsənsə, 15 min rubl hazırla".
İstintaq materiallarına görə, Olqanın uşaqlarını qaçıran Lyuba bunu ögey bacısının əri Derivianı sevdiyi üçün etdiyini etiraf edir. Bundan sonra serialdan fərqli olaraq, kişi məşuqəsi olan arvadının bacısını xəstəxanada çəkiclə yox, boğaraq öldürür.
Uşaqları qaçıranlar isə Yevgeni Çekanov və Vitali Uverial adlı şəxslər olur.
Vitali Pamazanov isə serialdakı qonşu obrazının real hadisədəki adıdır.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:604
Bu xəbər 27 Aprel 2025 04:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















