Icma.az
close
up
RU
Əqrəb mövsümü ndə vəkil qalmaqalı

Əqrəb mövsümü ndə vəkil qalmaqalı

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İctimai Televiziyada (İTV) yayımlanan "Əqrəb mövsümü" bədii serialının ikinci mövsümü də birinci kimi böyük maraqla qarşılandı. Bu dəfə "Əqrəb mövsümü 2: Dünya bir olsa da" adı ilə tamaşaçıların görüşünə gələn serialı bəyənənlər də oldu, tənqid edənlər də. Rejissor Emil Quliyev digər işlərində olduğu kimi, bu dəfə də diqqəti öz üzərinə çəkə bildi. Əvvəlcə "Göndər vəkildən-zaddan olsun" ifadəsinə qarşı səslənən tənqidlər, ikinci seriyada vəkil obrazına xitabən deyilən və qeyri-etik deyim olduğu iddia edilən bir ifadədən sonra daha da artdı. İş o yerə çatdı ki, Vəkillər Kollegiyası sözügedən səhnə ilə bağlı bəyanat yaydı.

Bəyanatda qeyd olunur ki, serialda kobud ifadələrin işlədilməsi cəmiyyətdə vəkillik peşəsinə, həmçinin Vəkillər Kollegiyasının nüfuzuna təsirsiz ötüşməyərək vəkillərimizə qarşı mənfi fikir formalaşmasına xidmət etmək gücündədir.

Qarşı tərəfin də bəyənata cavabı gecikmədi. Serialın ssenaristi və baş rolun ifaçısı, aktyor Azər Aydəmir öz sosial şəbəkə hesabında bildirdi ki, yaranan situasiya xoşagəlməzdir: "İnsan faktoru hər zaman sovet propaqandasının təşviq etdiyi "Dyadya Styopa" ola bilməz. Əyər-əskiklərimizlə bir kino adında ayna var. Və o ayna evdəki aynadan fərqlənir. Bu, sadəcə, bədii aynadır. Kinodur yəni... Hörmətli vəkillər, sizi sevirik və hüquq sistemimizin ayrılmaz hissəsi olduğunuzu qəbul edirik. Biz sizin emosional istirahətiniz üçün çalışırıq. Amma bu emosiyalar heç bir halda şəxsinizə qarşı yönələ bilməz. Bu, sadəcə, absurddur".

Mövzu ətrafında bu gün də müzakirələr gedir. Təkcə vəkillər yox, eləcə də sıravi tamaşaçılar arasında məlum səhnəni tənqid edənlər var.

Bu polemikaların gedişatında Azərbaycan tamaşaçısının söyüşə qarşı həssaslığını bir daha görmüş olduq. Bəhsi keçən mövzunun kinomuz üçün zaman-zaman aktuallaşdığını nəzərə alaraq, peşəkar mövqeyinə müraciət etdik.

Beləliklə, müsahibimiz kinoşünas Hacı Səfərovdur.

- Sizcə, niyə Azərbaycan tamaşaçısı filmlərdə səslənən qeyri-etik ifadələrə həddindən artıq aqressiv yanaşır?

- Bunun əsas səbəbi sovet dövründən gələn ənənədir. O dövrdə filmlərə ciddi senzura tətbiq olunur, dil qaydalarına əməl edilməsinə xüsusi diqqət yetiririlirdi. Buna görə də sovet dövrü insanlarının beynində belə bir qəlib formalaşıb ki, filmlər yüksək incəsənət nümunələridir və hər birində yalnız ədəbi dildən istifadə olunmalıdır. Həmin yanaşmanın nəticələridir ki, indiki dövrdə, xüsusilə də orta yaşlı insanlar filmdə söyüş eşitdikləri zaman buna birmənalı yanaşmırlar. Ancaq gənc nəsil daha çox xarici film və seriallar izlədiyi üçün məsələyə normal yanaşır. Hətta bir ara sosial şəbəkələrdə gənclərin ciddi senzuradan keçən videolarla zarafat etdiyini görürdük. Fikrimcə, məsələyə aqressiv yanaşma müəyyən bir yaş aralığına aid insanlara, yaxud da daha çox sovet filmlərini sevən gənclərə şamil edilə bilər.

- Bəs bu mərhələni keçməkdə bizi ləngidən nədir?

- Mən düşünmürəm ki, biz bu mərhələni keçə bilmirik. Biz hazırda həmin mərhələnin içərisindəyik və proses gedir. Heç nə birdən-birə olmur. Sadəcə zaman lazımdır. Sovetlərdən sonra bizdə çox ciddi məzmun problemi vardı. 2010-cu illərin ortalarından etibarən Emil Quliyevin çəkdiyi filmlər insanların xoşuna gəlməyə başladı. Çünki həmin filmlərdə eşitdiyimiz söhbətlər gündəlik danışıq dilinə daha yaxın və realist idi. Bir sözlə, inkişaf üçün zamana ehtiyac var.

- Bəzən qeyri-etik ifadələrin filmlərdə istifadəsini müəllifin kütləni qıcıqlandırmağa hesablanan diqqət çəkmək cəhdi kimi dəyərləndirirlər. Bu haqda siz nə düşünürsünüz?

- Mən belə düşünmürəm. Fikrimcə, müəllif bu yolla özünü ifadə etmək istəyir, yaxud da obrazının danışıq dilini tapmağa çalışır. Tutaq ki, onun yaratdığı obraz küçədə böyüyən bir uşaqdır. Həmin uşaqdan yüksək savadlı danışıq gözləyə bilmərik. Filmin yaradıcıları bu situasiyada düşünürlər ki, sözügedən obrazın leksikonunda vulqar ifadələrə, söyüşlərə yer vermək olar. Düzdür, bəzən film və seriallarda yersiz ifadələr də eşidirik. Ancaq bu da qıcıqlandırmaq məqsədilə yox, ssenaristin səriştəsizliyi, rejissorun isə obrazı duya bilməməsindən irəli gəlir.

- Dünya praktikası bu mövzuda nə deyir?

- Artıq dünya kinosunun belə problemi yoxdur. Çünki bəlli kateqoriyalar var və tamaşaçı da seçdiyi kateqoriyadan gözləntilərini  bilir. Bir insan 18+ filmə baxırsa, deyə bilməz ki, niyə burada vulqar ifadələrə yer verilib. Hətta IMDB platformasında valideyn bələdçisi deyilən bir bölmə var. Valideynlər uşaqları ilə film izləmək istəyirsə, həmin hissəyə girib, qeyri-etik ifadə, yaxud açıq səhnələr haqqında yazılan qeydlərlə tanış ola bilərlər.

Digər tərəfdən isə dünya praktikasında filmlərin test nümayişləri həyata keçirilir. Əvvəlcədən sınaq üçün xüsusi insanlar seçilir və onlar həmin filmi izləyib öz düşüncələrini bölüşürlər. Məsələn, ola bilər ki, obrazın hansısa ifadəsi artıq olar, yaxud da hekayənin gedişatında müəyyən səhvlər gözə çarpar. Prodakşınlar həmin şərhlərə uyğun olaraq, filmlərdə müəyyən dəyişikliklər edirlər. Beləcə bu kimi problemlər həllini tapmış olur.

- Hacı bəy, konkret olaraq "Əqrəb mövsümü 2"dən danışsaq, siz Vəkillər Kollegiyasının bəyənatı haqqında nə deyə bilərsiniz?

- Düşünürəm ki, Vəkillər Kollegiyası belə mövqe ortaya qoymağa bir az tələsdi. Çünki vəkillər ilk seriyada səslənən "vəkildən-zaddan" ifadəsini xoş qarşılamamışdılar. Onlar düşünürdülər ki, bu, peşələrini xor görən bir ifadədir. Amma nəzərə almaq lazımdır ki, istər film, istərsə də serial reallıq yox, reallığın interpretasiyasıdır. Hansısa obrazın müstəntiq işləməyi vəkillikdən üstün hesab etməsi o demək deyil ki, real həyatda da vəkil işləmək ikinci dərəcəlidir. Bu, sadəcə obrazın yanaşmasıdır.

Söyüş məsələsinə gəldikdə isə burada da obrazın dediyi ifadə situasiyadan qaynaqlanır və onun ideoloji, əxlaqi düşüncəsini ifadə edir. Çünki məlum ifadəni filmin qəhrəmanı deyir, bu, müəllifin yozumu deyil. Belə olan halda tamaşaçı özü qərar verməlidir ki, kim haqlıdır. Bu da dramatik situasiyanı ortaya çıxarır və tamaşaçı dilemma qarşısında qalır.

Bir məqamı da qeyd edim ki, dünya kinosunda nəinki vəkillərin təhqir olunması, hətta onların haqsızlığı müdafiə etdiyini göstərən obrazlar var. Ancaq bu o demək deyil ki, vəkillərin hamısı bu cür insanlardır. Bu, ümumiləşdirmə deyil, müstəsna haldır. Düşünürəm ki, vəkillər də məsələyə bu cür yanaşmalıdırlar.

- Sizcə, bədii obrazın dilindən səslənən ifadənin bu qədər müzakirə olunması məntiqlidirmi?

- Əslində, bu məqam müzakirə mövzüsu ola bilər. Çünki Azərbaycan kinosunun haqqında danışılmağa, gündəm olmağa ehtiyacı var. Kinomuza diqqət lazımdır. İnsanlar filmlər, seriallar haqqında öz fikirlərini bildirməlidir. Burada qəbahət nəsə yoxdur. Təbii ki, hər kəs azad şəkildə öz düşüncəsini dilə gətirə bilər, vəkillər də daxil olmaqla. Kimsə bəyənər, kimsə bəyənməz, kimsə də boykot edər. Ancaq buna görə məhkəməyə müraciət etməyi düzgün hesab etmirəm. Düşünürəm ki, sənət özü-özlüyündə bir müəllifin dünyaya baxışının təzahürüdür. Deməli, müəllif belə görür və bu cür ifadə etmək ehtiyacı duyur. Biz onu qınaya bilmərik. Mən müəllifin toxunulmazlığından yanayam. Kino incəsənət əsəridir. Təbii ki, baxdığımız filmə tamaşaçı kimi müəyyən mövqeyimiz ola bilər. Məsələn, filmdə propaqanda görəndə sən müəllifi tənqid edə bilərsən, ancaq ona deyə bilməzsən ki, bir də film çəkmə. Bu, artıq yaradıcı azadlığa müdaxilədir.

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Mart 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see357

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see208

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see186

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri