Icma.az
close
up
RU
“Ər maaşından arvad üçün pensiya” Daha bir TƏKLİF var: “20 min manat artırıla bilər”

“Ər maaşından arvad üçün pensiya” Daha bir TƏKLİF var: “20 min manat artırıla bilər”

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qadınların pensiya kapitalı ilə bağlı mən Milli Məclisə təklifimi təqdim etmişəm. Bir sıra ölkələrdə olduğu kimi, qadınların pensiya kapitalının xüsusi əmsala vurulmasını təklif edirik. Məsələn, onun pensiya kapitalı 40 min manatdırsa, əlavə olaraq, 50 faiz əmsalına vurularaq, 20 min manat artırıla bilər”. 

Hurriyyet.Az bildirir ki, bunu “Yeni Sabah”a Milli Məclis üzvü Vüqar Bayramov deyib.

O, həmkrı Mübariz Qurbanlının təklifinə fərqli yanaşma irəli sürüb:

Deputat qeyd edib ki, sözügedən qayda qadın pensiyaçılar üçün olduqca faydalı olar:

“Xüsusən nəzərə alsaq ki, qadınlarla kişilər arasında əməkhaqqı fərqi və qadınların yaşlandıqda sosial təminata daha çox ehtiyacı var. Ona görə də təklifimiz ondan ibarətdir ki, qadınlar pensiya yaşı tamam olanda onların pensiya kapitalı 50 faiz əmsalına vurulsun.

Son nəticədə bu imkan verəcək ki, qadın pensiyaçılar təqaüdə pensiya çıxarkən xüsusi əmsal nəticəsində daha çox pensiya almaq imkanı qazana bilər”.

Xatırladaq ki, deputat Mübariz Qurbanlı “Qadın iştirakçılığının təbliği” adlı konfransda deyib: “Elə kişilər var ki, ailə quranda qadına işləməyə icazə vermir. Bu kimi hallar təqaüd məsələsində təsir göstərə bilər. Belə hallarda kişinin maaşından qadının da pensiya fonduna yığım ola bilər. Məsələni qanuniləşdirmək mümükündür. Buna kimsə etiraz etməməlidir, çünki kişinin özü qadını çalışmağa qoymayıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Fevral 2025 22:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri