Stresdən xilas olmaq üçün 20 təklif
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Son vaxtlar bu sualları tez-tez eşidirik: “Stresə daha çox nə səbəb olur?” və ya “Stresdən necə xilas olmaq olar?”
Alimlərin fikrincə stress əslində insanların hadisələri necə şərh etməsindən irəli gəlir. Ona görə də, stresdən xilas olmaq istəyiriksə, ilk növbədə onu düzgün xarakterizə etməliyik. Artıq bundan sonra başqa tədbirlərə əl atmaq olar.
Elə isə bu tədbirlər hansılardır?
1. Fiziki hərəkətləri vərdişə çevirin (Təbii ki, idman da daxil olmaqla).
2. Düzgün qidalanmağa çalışın.
3. Çəkinizin normadan keçməsinə imkan verməyin.
4. Yağdan, şəkərdən, duzdan çox istifadə etməyin.
5. Hər gecə ən azı 6-8 saat yatın.
6. Hər gün eyni vaxtda yatmağa, həmçinin qalxmağa çalışın.
7. Yatağınıza yatmaq üçün girin, problem həll etmək üçün yox.
8. Yata bilməməkdən qorxmayın. Unutmayın ki, yataqda sakit uzanmaq da yatmaq qədər vacibdir.
9. İş vaxtınızı düzgün bölün.
10. Bir iş görəndə tələsməyin.
11. Əgər bir probleminiz varsa, mərhələ-mərhələ həll etməyə çalışın.
12. Problemlərinizin həlli üçün müxtəlif variantlar fikirləşin (Təbii ki, sonra da bu variantlar içərisindən ən uyğun olan variantı seçin).
13. Heç vaxt ruhdan düşməyin.
14. Hadisələri düzgün qiymətləndirməyə çalışın.
15. İnsanlarla ünsiyyətə əhəmiyyət verin.
16. Problemlərinizi yaxınlarınızla (eyni zamanda dostlarınızla) bölüşün.
17. Lazım olanda kömək istəməkdən çəkinməyin.
18. İşləriniz gərginləşəndə istirahət edin.
19. Çətin vəziyyətlərdə özünüzü itirməyin.
20. Tez-tez səyahətə çıxın.
Və bir haşiyə...
Bəlkə də sizə qəribə gələcək, ancaq stresdən xilas olmaq üçün bir yol da düzgün nəfəs almaqdır. Düzgün nəfəs almaq isə səssiz, ağır və dərin nəfəs almaq deməkdir. Başqa sözlə, əgər insan nəfəs verərkən bədəninin boşaldığını hiss etmirsə, deməli düzgün nəfəs almır.
Murad Məmmədov
Baxış sayı:93
Bu xəbər 10 Noyabr 2026 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















