Ər Riyad razılaşması boşa çıxdı? Rusiya və Ukraynadan ittiham
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ər-Riyadda əldə olunan qarşılıqlı razılaşmalara baxmayaraq, Ukrayna və Rusiya bir-birini mülki infrastruktura irimiqyaslı zərbələr endirməkdə ittiham edib.
Axar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna qüvvələrinin danışıqlara baxmayaraq enerji infrastrukturunu hədəf aldığını iddia edib.
Nazirliyin məlumatınada qeyd olunub ki, martın 26-na keçən gecə Ukrayna PUA-ları Krımda, Tarxankut burnu ərazisində "Qlebovskoye” yeraltı qaz anbarının avadanlıqlarına hücum etməyə cəhd göstərib.
Bundan başqa, Rusiya MN iddia edib ki, martın 25-də Ukraynaya məxsus PUA “Rosset Mərkəzi”nin “Kurskenerqo” filialının enerji obyektinə, bu gün isə çərşənbə günü səhər Ukrayna PUA-sı Bryansk vilayətində elektrik enerjisi obyektinə zərbə endirib.
Bu gün səhər Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı mülki infrastruktura zərbələr endirməkdə ittiham edib və bunu Rusiyanın bu müharibəni bitirmək istəməməsinin sübutu adlandırıb.
Zelenskinin sözlərinə görə, Rusiya ordusu Ukraynanın mülki infrastruktura qarşı 117 PUA ilə hücum edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Mart 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















