Icma.az
close
up
RU
Ukraynadan gətirilən toyuq zay çıxdı

Ukraynadan gətirilən toyuq zay çıxdı

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynadan Azərbaycana idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat yayıb.

Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda "salmonella" (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya - red) aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlər görülüb, Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istehsalçı müəssisədən ixracın dayandırılmasına dair müraciət ünvanlanıb.

Yerli istehsal olduğu halda niyə ölkəyə böyük həcmdə idxal məhsulları gətirilir?

Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli  bildirib ki, ucuz qiymətə ölkəyə gətirilən məhsullar bazara çıxarılsa da, onların hamısı qida təhlükəsizliyi standartlarına uyğun olmaya bilər:

"Ukraynadan Azərbaycana idxal edilən toyuq əti əsasən kolbasa və sosiska kimi emal məhsullarının hazırlanmasında istifadə olunur. Bu cür məhsullar adətən birbaşa satışa çıxarılmır, daha çox emal sənayesinə yönləndirilir.

Dondurulmuş toyuq məhsullarında bəzi hallarda salmonella və digər bakterial risklər ola bilər. Məhz bu səbəbdən idxal olunan məhsullar nəzarət və laborator yoxlamalardan keçirilir".

O qeyd edib ki, bəzi işbazlar bu məhsulları çox ucuz qiymətə alıb ölkəyə gətirir və daha sonra satışa çıxarırlar:

"Bu məhsullar bazara daxil edilsə də, onların təhlükəsizlik və keyfiyyət göstəriciləri hər zaman standartlara uyğun olmur. Aparılan yoxlamalar zamanı isə belə məhsullar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laborator nəzarətindən keçə bilmir və müəyyən uyğunsuzluqlar aşkar edilir".

Gülər  Həsənli 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri