Icma.az
close
up
RU
Ər Riyadda 9 cu “Gələcək investisiya təşəbbüsü” konfransı keçiriləcək

Ər Riyadda 9 cu “Gələcək investisiya təşəbbüsü” konfransı keçiriləcək

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qahirə, 20 oktyabr, AZƏRTAC

Oktyabrın 27-dən 30-dək Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda 9-cu “Gələcək investisiya təşəbbüsü” konfransı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “İntibahın açarı” şüarı ilə təşkil olunacaq beynəlxalq tədbir qlobal iqtisadiyyat, investisiya və innovasiya gələcəyi ilə bağlı müzakirələr üçün ən mühüm platformalardan biridir.

“Gələcək investisiya təşəbbüsü” Fondunun İcraiyyə Komitəsinin sədri və icraçı direktoru Riçard Attias bildirib ki, tədbir çərçivəsində dəyəri 60 milyard ABŞ dollarını ötən müqavilələrin imzalanacağı gözlənilir. Tədbirdə dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli investorların, qərarvericilərin və ekspertlərin geniş iştirakı gözlənilir.

Attias vurğulayıb ki, hazırkı iqtisadi dəyişikliklər fonunda dünyada geniş imkanlar mövcuddur və bu şəraitdə pozitiv və nikbin qalmaq son dərəcə vacibdir. O qeyd edib ki, konfransda qlobal səviyyədə tərəqqi, innovasiya ilə bağlı məsələləri, həmçinin beynəlxalq iqtisadi mənzərədəki ziddiyyətləri və çağırışları müzakirə ediləcək.

Attias əlavə edib ki, əvvəlki konfranslarda logistika, təmiz enerji, elm və texnologiya kimi müxtəlif sahələrdə ümumi dəyəri 200 milyard dollardan çox olan kommersiya razılaşmaları və müqavilələr imzalanıb. O, ötənilki konfrans zamanı bağlanan müqavilələrin ümumi dəyərinin 225 milyard Səudiyyə rialını (təxminən 60 milyard dollar) keçdiyini bildirib və builki tədbirdə də oxşar nəticə əldə olunacağına ümid etdiyini deyib.

Builki konfransda 20-dən çox ölkənin, o cümlədən Bolqarıstan, Macarıstan, Kuba, Ekvador, Qayana, İraq, Kosovo, Mavritaniya, Monteneqro, Pakistan, Ruanda və Suriyanın dövlət başçıları, eləcə də Çin Xalq Respublikasının sədr müavini, dünya miqyaslı şirkətlərin və iri investisiya fondlarının rəhbərləri iştirak edəcəklər. Müzakirələr iqtisadi əməkdaşlığın gücləndirilməsi və qlobal dəyişikliklər fonunda yeni imkanların araşdırılmasına yönələcək.

Konfransda 8000-dən çox iştirakçı, 600-dən çox məruzəçi və 250 panel müzakirəsi keçiriləcək. Bundan əlavə, müxtəlif ölkələrdən olan Baş icraçı direktorlar və dövlət rəsmiləri arasında görüşlər və seminarlar təşkil olunacaq. Üçüncü gün “İnvestisiya günü” adlanacaq və innovasiya ilə qlobal investisiya ekosisteminin qurulmasına həsr ediləcək.

Attias qeyd edib ki, təşəbbüsün yeni istiqaməti maliyyə sektorunun dominant rolundan texnologiya və süni intellektin roluna keçidi əks etdirir. Fond Rio-de-Janeyro və digər şəhərlərdə keçiriləcək yeni tədbirlər vasitəsilə Latın Amerikası və Afrika regionlarında öz fəaliyyətini genişləndirməyi planlaşdırır.

Konfrans çərçivəsində “İnnovasiyanın ziddiyyətləri” mövzusu müzakirə ediləcək, texnoloji inkişaf və iqtisadi siyasətlərin artıma təsiri, süni intellektin və yeni texnologiyaların qlobal iqtisadiyyatın formalaşmasındakı rolu araşdırılacaq. Həmçinin geosiyasi gərginliklərin və resurs bərabərsizliyinin təchizat zəncirləri və beynəlxalq əlaqələrə təsiri də diqqət mərkəzində olacaq.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri