Icma.az
close
up
RU
ERAmedia 1 yaşında Baş redaktor: Qarşıda daha böyük hədəflər var

ERAmedia 1 yaşında Baş redaktor: Qarşıda daha böyük hədəflər var

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Modern.az ERAmedia saytının baş redaktoru Lalə Möhübbətzadə ilə müsahibəni təqdim edir:

– Eramedia.az artıq bir ildir fəaliyyət göstərir. Bu bir ili necə qiymətləndirirsiniz? Sayt özünü media məkanında necə təsdiq edə bildi?

– Eramedia.az-ın fəaliyyətə başlamasından bir il ötür. Bu, bir media üçün həm qısa, həm də kifayət qədər mühüm zaman kəsiyidir. Biz fəaliyyətə başlayanda əsas məqsədimiz informasiya bolluğu içərisində oxucuya daha keyfiyyətli, analitik və etibarlı məlumat təqdim etmək idi. Bir il ərzində gördüyümüz işlər göstərdi ki, oxucu yalnız operativ xəbər deyil, həm də hadisələrin mahiyyətini izah edən təhlillərə, peşəkar ekspert mövqelərinə və müəllif yanaşmalarına ehtiyac duyur.

Bu müddətdə ERAmedia.az öz auditoriyasını formalaşdırmağa nail oldu. Ən böyük qazancımız isə oxucu etimadını qazanmaqdır. Hesab edirik ki, müasir mediada əsas meyar təkcə izlənmə sayı deyil, cəmiyyətin sizə olan güvənidir.

– Saytın əsas prioritet istiqamətlərindən biri analitik yazılar və ekspert açıqlamalarıdır. Bu istiqamətə xüsusi diqqət ayırmağınızın səbəbi nədir?

– Bu gün informasiya əldə etmək əvvəlki dövrlərlə müqayisədə daha asandır. Lakin məlumatın çoxluğu heç də həmişə keyfiyyət demək deyil. Oxucu hadisənin yalnız nə baş verdiyini deyil, həm də bunun səbəblərini, nəticələrini və mümkün inkişaf istiqamətlərini bilmək istəyir.

Məhz buna görə ERAmedia.az-da analitik yazılara və ekspert rəylərinə xüsusi yer ayırırıq. Siyasi, regional və beynəlxalq prosesləri peşəkar baxışlarla təqdim etməyə çalışırıq. Bizim üçün vacib olan müxtəlif mövzularda obyektiv və əsaslandırılmış yanaşmaların oxucuya çatdırılmasıdır.

– Sayt fəaliyyətinin ilk ilində mühüm qonaqları və tanınmış şəxsləri auditoriyaya təqdim edib. Türkiyə parlamentinin millət vəkili Çiğdem Ərdoğanın Azərbaycana səfəri zamanı yalnız ERAmedia.az-a müsahibə verməsi də diqqət çəkdi. Bu, sizin üçün nə ifadə edir?

– Bu, bizim üçün böyük məsuliyyət və eyni zamanda göstərilən etimadın nümunəsidir. Xarici siyasət və regional məsələlər üzrə tanınmış şəxslərin ERAmedia.az-a açıqlama verməsi onu göstərir ki, sayt qısa müddət ərzində özünü ciddi media platforması kimi təqdim edə bilib.

Çiğdem Ərdoğanın Azərbaycana səfəri zamanı məhz ERAmedia.az-a müsahibə verməsi kollektivimiz üçün əhəmiyyətli hadisə oldu. Bu, həm də göstərdi ki, keyfiyyətli jurnalistika sərhədləri aşır. Əsas məsələ peşəkar yanaşma, düzgün sual seçimi və etibarlı təqdimatdır.

– Türkiyədən Azərbaycana gələn digər qonaqların da saytınıza açıqlamalar verdiyini qeyd etdiniz. Xarici qonaqların diqqətini ERAmedia.az-a yönəldən əsas amillər hansılardır?

– Düşünürəm ki, burada əsas amil obyektivlik və peşəkar yanaşmadır. Biz müsahibələr zamanı əvvəlcədən formalaşmış mövqeni deyil, mövzunun mahiyyətini ortaya çıxarmağa çalışırıq.

Türkiyə ilə Azərbaycan arasında münasibətlər, regional proseslər, beynəlxalq siyasət kimi mövzular həm Azərbaycan, həm də xarici auditoriya üçün maraqlıdır. Azərbaycana səfər edən ekspertlərin, siyasətçilərin və ictimai xadimlərin fikirlərini təqdim etmək bizim üçün həm jurnalist vəzifəsi, həm də informasiya körpüsü yaratmaq baxımından önəmlidir.

– Saytda müəllif yazılarına xüsusi yer verilir. Bu yanaşmanın arxasında hansı məqsəd dayanır?

– Müasir medianın inkişafında müəllif jurnalistikası mühüm rol oynayır. Hadisəyə fərqli baxışların təqdim olunması, ekspert və jurnalistlərin şəxsi təhlilləri oxucu üçün əlavə dəyər yaradır.

ERAmedia.az-da müəllif yazılarına yer verməklə biz fərqli düşüncələri, peşəkar analizləri və araşdırmaları oxuculara çatdırmaq istəyirik. Əlbəttə, müəllif mövqeyi ilə fakt arasında balans qorunmalıdır. Bizim üçün əsas prinsip budur ki, fikir faktlara, arqumentlərə və peşəkar yanaşmaya əsaslansın.

– Bir media qurumu üçün obyektivlik və peşəkarlıq çox vacib prinsiplərdir. Bu prinsipləri necə qoruyursunuz?

– Media etimad üzərində qurulur. Etimadı isə yalnız obyektiv və məsuliyyətli fəaliyyətlə qazanmaq mümkündür.

Biz hər bir məlumatı mümkün qədər dəqiq yoxlamağa, müxtəlif mövqeləri nəzərə almağa və xəbəri olduğu kimi təqdim etməyə çalışırıq. Jurnalistikanın əsas missiyası cəmiyyəti düzgün məlumatlandırmaqdır. Peşəkarlıq isə təkcə yazı üslubu deyil, həm də məsuliyyətli seçimlər etmək bacarığıdır.

Bir il ərzində kollektivimiz bu prinsipləri əsas xətt kimi götürüb və gələcək fəaliyyətimizdə də bu istiqaməti davam etdirəcəyik.

– Media sahəsində rəqabət kifayət qədər güclüdür. ERAmedia.az digər platformalardan fərqlənmək üçün hansı yolu seçib?

– Bizim əsas fərqimiz keyfiyyətə üstünlük verməyimizdir. Təbii ki, operativlik də vacibdir, lakin yalnız xəbəri ilk vermək kifayət etmir. Əsas məsələ xəbərin dəyəri və təqdimat keyfiyyətidir.

Biz çalışırıq ki, oxucuya yalnız informasiya deyil, eyni zamanda düşünmək üçün material təqdim edək. Analitik yazılar, ekspert rəyləri və müəllif məqalələri bu baxımdan əsas istiqamətlərimizdəndir.

– Qarşıdakı dövrdə ERAmedia.az üçün hansı planlar var?

– Əsas məqsədimiz inkişaf tempini qorumaq və oxucularımıza daha geniş imkanlar təqdim etməkdir. Yeni layihələr üzərində işləyirik. Ekspert şəbəkəmizi genişləndirmək, beynəlxalq əlaqələri artırmaq, daha çox analitik və xüsusi layihələr hazırlamaq niyyətindəyik.

Bir il ərzində əldə etdiyimiz nəticələr bizi daha böyük məsuliyyət qarşısında qoyur. Qarşımızda duran əsas hədəf ERAmedia.az-ı etibarlı, peşəkar və nüfuzlu media platforması kimi daha da inkişaf etdirməkdir.

– Sonda ERAmedia.az-ın oxucularına nə demək istərdiniz?

– İlk növbədə bütün oxucularımıza təşəkkür etmək istəyirəm. Bir media qurumunun uğuru yalnız kollektivin deyil, həm də onun auditoriyasının dəstəyi ilə formalaşır.

Bundan sonra da obyektivlik, peşəkarlıq və məsuliyyət prinsiplərinə sadiq qalacağıq. Əsas məqsədimiz oxucunun etimadını qorumaq və ona dəyərli informasiya təqdim etməkdir.

ERAmedia.az-ın bir ili geridə qaldı, amma qarşıda daha böyük hədəflər var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 06 Avqust 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri