Icma.az
close
up
RU
Bizi qarşıda böyük uğurlar gözləyir

Bizi qarşıda böyük uğurlar gözləyir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Gənclər və idman naziri Fərid Qayıbov noyabr ayının yekunlarına həsr olunmuş ənənəvi aylıq müraciətini paylaşıb. Paylaşım Azərbaycan gəcləri və idmançılarına ünvanlanıb:
–Zəfər tariximizə qələbə ayı olaraq yazılmış noyabr gənclərimizin və idmançılarımızın növbəti uğurları ilə yadda qaldı. Bir sıra uğurlu layihələrin fonunda beynəlxalq yarışlarda qazanılan qələbələr də yetərincə oldu. Sayca 5-ci dəfə keçirdiyimiz “Qələbə qaçışı” bu dəfə də kütləvilik baxımından fərqləndi. Zəfərimizin 5 illiyini idman ictimaiyyətimiz müxtəlif və maraqlı tədbirlərlə #birkimibirlikdə qeyd etdi.

Beynəlxalq fəaliyyət və görüşlərimiz ötən ay da davam etdi. Busan şəhərində İdmanda Dopinqə dair Dünya Konfransında iştirak etdik. Praqaya səfər çərçivəsində Çex Respublikası Milli İdman Agentliyinin sədri Ondrej Şebeklə görüşümüz oldu. Eləcə də Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası çərçivəsində baş katib Kayrat Sarıbay ilə ölkəmizin gənclər siyasəti və əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə etdik. 

Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmin Bakıya səfəri çox xoş və əlamətdar oldu. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun qəbulunda olan qonaqla bu idman növünün inkişaf perspektivləri müzakirə edildi. Səfər çərçivəsində ilk dəfə olaraq Dünya Kubokunun Azərbaycanda təşkili barədə saziş də imzalandı.

Regional idarələrimizin fəaliyyətinin optimallaşdırılması daimi olaraq diqqət mərkəzimizdədir. Bakı Şəhər Gənclər və İdman İdarəsi və Regional Gənclər və İdman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı keçirdiyimiz müşavirədə onların fəaliyyətinin səmərəliliyinin artırılması, gənclər və idman sahələrində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində geniş müzakirələr apardıq.

VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 20 idman növü üzrə 169 idmançı ilə təmsil olundu və komandamız 9 qızıl, 19 gümüş və 31 bürünc olmaqla ümumilikdə 59 medal qazandı. Əyara görə 10-cu, medal sayına görə 4-cü olan idmançılarımızı təbrik edir və daha böyük nailiyyətlər arzulayıram. Oyunların keçirildiyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Krallığın idman naziri şahzadə Əbdüləziz bin Turki Əl Feysəl Əl Səud ilə görüş keçirərək iki ölkənin gənclər sahəsində əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün İcra Proqramını imzaladıq. Səfər zamanı Zəfər Günü və Dövlət Bayrağı Gününü Ər-Riyaddakı səfirliyimizdə həmvətənlərimizlə birlikdə qeyd etdik. Həmçinin atletlər kəndinə baş çəkərək idmançılarımızla görüşdük, onların yaşayış və məşq şəraiti ilə yerində tanış olduq.

Regionlarımızda nüfuzlu beynəlxalq yarışların təşkili artıq yeni ənənəyə çevrilir. III MDB Oyunlarının ardınca Gəncə şəhəri bu dəfə aerobika gimnastikası üzrə həm yeniyetmələr, həm də böyüklər arasında Avropa çempionatına ev sahibliyi etdi. Paytaxtdan uzaqda keçirilsə də, yarış zamanı dolu olan tribunalarda Avropanın müxtəlif ölkələrindən gələn çox sayda idman azarkeşini görmək xoş idi.

Artıq dördüncü dəfə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə start verdik. Dövlət qurumları arasında ilk dəfə 2022-ci ildə başladığımız turnirə maraq ilbəil artır. Bu dəfə 45 dövlət qurumunun iştirakı ilə start götürən turnir gələn il mayın 8-dək davam edəcək. Yarışda fəal iştirak edən bütün dövlət qurumlarına təşəkkür edir və hər birinə uğurlar arzulayıram.

Ənənə halını almış İdman Festivalı layihəsi bu il “İdman Paytaxtı” Qəbələdə, həmçinin Şəkidə keçirildi. İnanıram ki, festival gənc idmançılar üçün unudulmaz anlarla yadda qaldı. Tonqal ətrafında onlarla görüşümüz də maraqlı ənənəyə çevrilib. Gənclərin sağlam həyat tərzinə təşviq edilməsi üçün görülən işlər təkcə paytaxtda deyil, bölgələrdə də effektivliyini göstərir. Mingəçevirdə “Velo-Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin icrası zamanı gənclərimizin fəallığına bir daha əmin olduq.

İdman federasiyalarının nümayəndələri ilə sayca 23-cü görüşümüz “İdman Paytaxtı”mız Qəbələdə baş tutdu. Tədbirdə son fəaliyyətləri birgə müzakirə etdik və qarşıdakı hədəflərlə bağlı fikir mübadiləsi apardıq. Ənənə üzrə iki aydan bir keçirdiyimiz görüşlərdə qoyulan məsələlərin müzakirəsi zamanı göstərdikləri fəallığa görə federasiya nümayəndələrinə təşəkkür edirəm. Ənənə üzrə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla da görüşdük, fikirlərini dinlədik. Növbəti vətəndaş qəbulumuz isə Gəncə şəhərində oldu. Qəbul çərçivəsində Samux, Kəlbəcər rayonları və Gəncə şəhər sakinləri ilə görüşdük.

Gənclər sahəsində də bir sıra mühüm layihələr reallaşdı. Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası və yekun sənədin qəbulu, eləcə də Azərbaycan – Özbəkistan Gənclər Forumu, həmçinin gənclər mübadiləsi proqramı beynəlxalq və ikitərəfli əməkdaşlıq müstəvisində növbəti uğurlu addımlar oldu. 50 ölkədən 3000-dən çox gənc sahibkarın iştirak etdiyi Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) da gənclərimizin beynəlxalq əməkdaşlıq imkanları baxımından faydalı oldu.  

Noyabr ayında gənclərimiz Türkiyə, Qazaxıstan, Özbəkistan, Fransa, Misir və digər ölkələrdə Azərbaycanı layiqincə təmsil etdilər. Astanada MDB tədbirlərində bir neçə nominasiyada qalib gəlməklə yanaşı, Antalyada təşkil olunan “Game of Food Gastroantalya” yarışında əsas kuboka sahib olan gənclərimiz Vətənə uğurla qayıdıblar. Bütün gənclərimizi qazandıqları nailiyyətlər münasibətilə təbrik edirəm.

Bu ay ölkəmizin müxtəlif bölgələrində düşərgələr keçirildi və gənclərin fəal iştirakı bu layihələrin artıq davamlı bir ənənəyə çevrildiyini göstərdi. Quba Olimpiya İdman Kompleksində “Zəfər 5 il” könüllülər düşərgəsi, “Hüquq liderliyi” düşərgəsi, Şəki Olimpiya İdman Kompleksində “Şanlı Zəfər” düşərgəsi və “Kür” Olimpiya Tədris-İdman Mərkəzində 25-ci “#Poliqon” hərbi-vətənpərvərlik düşərgəsi təşkil olundu. Gənclər arasında keçirilən “GİNius 86.600” və “GİNius” Tələbə-Gənclər kuboku üzrə intellektual oyunları böyük maraqla qarşılandı və gərgin rəqabətlə müşayiət olundu.

Qələbələrlə zəngin daha bir ili başa vururuq. Fikrimcə, il ərzində həm gənclər, həm də idman sahəsində yetərincə uğurlarımız oldu. Bu uğurlar gənclərimiz, idmançılarımız, idman ictimaiyyəti, gənclər təşkilatları, federasiyalar – əməkdaşlıq etdiyimiz hər kəsin #birkimibirlikdə fəaliyyəti nəticəsində mümkün oldu. İnanıram ki, bu birliklə bizi qarşıda böyük uğurlar gözləyir.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri