Əraqçi Dohada HƏMAS nümayəndələri ilə görüşüb
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın xarici işlər naziri Abbas Əraqçi Dohada HƏMAS liderləri ilə görüşündə Tehranın Fələstin xalqının İsrailə qarşı müqavimətini dəstəklədiyini bildirib.
Bakıvaxtı.az xəbər verir ki, məlumatı "Mehr" agentliyi yayıb.
Bildirilib ki, HƏMAS-ın siyasi bürosunun üzvü və Qəzza bölgəsindəki rəhbəri Xəlil əl-Həyyə, eləcə də qrupun rəhbər şurasının və siyasi bürosunun bir sıra üzvləri Dohada səfərdə olan Abbas Əraqçi ilə görüşərək Qəzza bölgəsindəki son siyasi və yerli hadisələri, əsirlərin mübadiləsi məsələsi istiqamətində göstərilən səyləri müzakirə ediblər.
Məlumata görə, Xəlil əl-Həyyə Qəzzanın mühasirəsinin aradan qaldırılması, Fələstin xalqına təcili humanitar yardımın göndərilməsi və başqa məsələlərin zəruriliyindən danışıb.
Baxış sayı:133
Bu xəbər 05 Sentyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















