Icma.az
close
up
RU
Hakan Fidan Dohada iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb

Hakan Fidan Dohada iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat yayılıb.

Xatırladaq ki, bu gün Qətərdə Rusiya, İran və Türkiyənin xarici işlər nazirləri səviyyəsində Suriyada nizamlanma üzrə Astana formatında görüş keçiriləcək.

Qeyd edək ki, Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Astana formatı kimi tanınan proses 2017-ci ildən aparılır.

Bizim Telegram kanalımıza abunə olun

seeBaxış sayı:15
embedMənbə:https://report.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri