Icma.az
close
up
RU
Əraqçi: İranın tam nüvə yanacağına malik olmaq hüququ var

Əraqçi: İranın tam nüvə yanacağına malik olmaq hüququ var

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tehran İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququ var.

Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.

“İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) iştirakçısı olan dövlət kimi öz öhdəliklərinə sadiqdir, lakin eyni zamanda İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququnda israrlıdır ki, bu da təbii olaraq zənginləşdirmə prosesini tələb edir”, - deyə "Əl-Mənar" telekanalı nazirin sözlərindən sitat gətirib.

"İranın tam nüvə yanacaq dövrünə sahib olmaq hüququ var", - deyə Əraqçi davam edib. Onun sözlərinə görə, “uranı zənginləşdirən, lakin eyni zamanda nüvə silahını tamamilə rədd edən NPT üzvü olan bir neçə ölkə var”. “Bu kluba bir neçə Asiya, Avropa və Cənubi Amerika ölkələri daxildir”, - deyə o əlavə edib.

Nazir vurğulayıb ki, “İran sülhməramlı nüvə proqramı ətrafında yaranmış süni böhranın həlli üçün diplomatik yolun seçilməsinə məsuliyyətlə yanaşır”. “Bu yolu davam etdirmək qarşı tərəfdən ciddi iradə və real baxış tələb edir”, - deyə Əraqçi Qərb ölkələrinin hərəkətlərinə istinad edərək bildirib.

O, ABŞ-ın mövqeyini xüsusi qeyd edib. "Amerikanın bəyanatları və hərəkətləri arasındakı ziddiyyətlər, İran xalqına qarşı davamlı sanksiyalar və təhdidlər, inamsızlığı gücləndirir, həmçinin Vaşinqtonun diplomatik yol tutmaqda ciddiliyinə şübhələr yaradır", - deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 May 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see172

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see120

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri