Icma.az
close
up
RU
Ərazi baxımından kiçik olmaq heç də zəiflik demək deyil

Ərazi baxımından kiçik olmaq heç də zəiflik demək deyil

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Müxtəlif ölkələr arasındakı münasibətlər bəzən dinamik, bəzən isə enişli-yoxuşlu olur".

Bu fikirləri Redaktor.az-a Azərbaycanın digər ölkələrlə olan münasibətini şərh edən politoloq Zaur Məmmədov bildirdi. Onun sözlərinə görə, dövlətlərarası münasibətlər, xüsusilə qonşu ölkələrlə olan əlaqələr Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir:

"Azərbaycanın münasibətdə olduğu dövlətlərlə tutduğu mövqe qarşılıqlı hörmət, səmimiyyət və bir-birinin maraqlarını nəzərə almaq prinsipinə əsaslanır. Vəziyyət elədir ki, Azərbaycanın ətrafında vaxtilə imperiya olmuş dövlətlər yerləşir və bəzən onlar ölkəmizə kiçik dövlət kimi yanaşmağa meyillidirlər."

Müsahibimizin fikrincə, ərazi baxımından kiçik olmaq heç də zəiflik demək deyil.

"Biz bütün qonşu dövlətlərə hörmətlə yanaşırıq və eyni münasibəti onlardan da gözləyirik. Həll olunmamış məsələlərin hamısının dialoq və qarşılıqlı anlaşma yolu ilə aradan qaldırılmasına maraq göstəririk. Kobud və aqressiv addımlardan çəkinir, beynəlxalq hüquqa uyğun davranmağa çalışırıq. Azərbaycanın tutduğu bu mövqe, əslində, onun xarici siyasətində nə qədər balanslı, təmkinli və uzaqgörən bir yol seçdiyini göstərir. Ölkəmiz öz hüquqlarını qorumaqla yanaşı, regionda sülh və sabitliyin təmin olunmasında maraqlı tərəf kimi çıxış edir. Münaqişələrdən uzaq durmaq, tərəfdaşlıq münasibətlərini gücləndirmək və qarşılıqlı etimada əsaslanan əlaqələr qurmaq Azərbaycanın əsas xarici siyasət prioritetləri sırasındadır. Bu, təkcə qonşularla deyil, bütün dünya dövlətləri ilə münasibətlərdə sabit və davamlı əməkdaşlığın əsasını təşkil edir", - deyə Z.Məmmədov bildirdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 İyul 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri