“Danışıqlar təslim olmaq demək deyil”
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Danışıqlar təslim olmaq demək deyil”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə mümkün danışıqlara münasibət bildirərkən deyib.
O, Tehranın diplomatik prosesə açıq olduğunu bildirib.
Pezeşkian İranın ərazi bütövlüyünü qoruduğunu və müharibənin ölkəsi üçün məqsəd olmadığını deyib.
“Danışıqlar prosesində, gücümüzün zirvəsində, müdrikliyi, şərəfi və maraqları nəzərə alaraq addım-addım irəliləyəcəyik. Məqsədimiz müharibəyə son qoymaq, blokadanı qaldırmaq, bloklanmış resursları azad etmək və sonra nüvə danışıqları aparmaq idi”, – deyə İran Prezidenti bildirib.
Pezeşkian ABŞ ilə danışıqların İranın mövqeyindən geri çəkilməsi və ya təslim olması anlamına gəlmədiyini vurğulayıb.
İran Prezidenti bu kontekstdə Çini nümunə göstərərək, ölkələrin iqtisadi rəqabət və milli maraqlarını qorumaq yolu ilə öz mövqelərini gücləndirə biləcəyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 20 Avqust 2026 04:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















