Ərazi mübadiləsi və Ukraynada seçkilər müzakirə olunur
Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Florida ştatında keçirilən Ukrayna-ABŞ danışıqları zamanı “Ukrayna və Rusiya arasında ərazilərin mübadiləsi imkanı” da müzakirə edilib.
Reyting.az xəbər verir ki, bunu “Wall Street Journal” ABŞ administrasiyasındakı adı açıqlanmayan nümayəndəyə istinadla yazıb.
Nəşrin həmsöhbəti bildirib ki, nümayəndə heyətləri Ukraynada seçkilərin keçirilmə vaxtını da müzakirəyə çıxarıblar.
Məqalədə danışıqların gedişi barədə başqa təfərrüatlar verilmir.
ABŞ administrasiyasının sülh planının ilkin versiyasında Rusiyanın Ukrayna ərazilərini anneksiya etməsinin beynəlxalq səviyyədə tanınması imkanından bəhs olunsa da, Ukrayna tərəfi dəfələrlə bildirib ki, bu, qəbuledilməzdir. Bəzi Qərb KİV-lərinin məlumatına görə, nəticədə ərazi məsələsinin ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında keçiriləcək şəxsi görüşdə müzakirəyə çıxarılması qərara alınıb.
KİV-lərin yazdığına görə, Rusiya atəşkəsin şərti kimi Ukrayna qoşunlarının Donetsk vilayətinin bütün ərazisindən çıxmasını tələb edir. Bəzi məlumatlarda qeyd olunur ki, Moskva həmçinin Ukraynanın nəzarətində qalan Xerson və Zaporojye bölgələrinin qalan hissələrini ələ keçirmək cəhdlərini dayandırmağa hazır olduğunu bəyan edir, baxmayaraq ki, Rusiya rəsmiləri bunu rəsmi şəkildə təsdiqləməyiblər.
ELÇİN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 01 Dekabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















