Icma.az
close
up
RU
Ərazilərin təmizlənməsi üçün milyonlarla vəsait tələb olunur MÜNASİBƏT BİLDİRDİ

Ərazilərin təmizlənməsi üçün milyonlarla vəsait tələb olunur MÜNASİBƏT BİLDİRDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Ətraf mühitin qorunması üzrə cavabdeh qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Nazirliyin müfaviq qurumları bu istiqamətdə ölkə üzrə öz fəaliyyətlərini həyata keçirir. Həmçinin Nazirliyin regional idaraləri meşələrin qorunması, torpağın, suyun, havanın çirklənməsinin qarşısını almaq üçün tədbirlər, həmçinin qalıcı monitorinq işləri həyata keçirir. Eyni zamanda ətraf mühitin inkişaf etməsi üçün hər il milyonlarla ağac əkilir. Nəsli kəsilməkdə olan, xüsusilə ceyran və balıq növləri reintroduksiya olunaraq ekosistemə buraxılır. Bu barədə ətraflı nazirliyin saytında yerləşdirilib, bununla yanaşı qeyri-hökümət və müvafiq qurumlar məsələ iolə bağlı maarifləndirici tədbirlər görür". Bu sözləri ETSN yanında ictimai şuranın sədri Amin Məmmədov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda 1848-ci ildə ilk dəfə Bibiheybətdə buruq üsuli ilə neft quyusu qazılıb: "Həmin dövrdən etibarən XIX əsrin sonu XX əsrin əvvəllərində neft hasilatının başlanması, həmçinin xaricdən “Nobel qardaşları”-nın və digər şirkətlərin Azərbaycana gəlməsi "qara qızıl"a marağın artmasına səbəb olub, eyni zamanda çar Rusiyasının da həmin dövrdə burada çox böyük rolu olmuşdur. Həmçinin yerli neft mesenatlarının - Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi şəxslərin sərvət əldə etməsi Azərbaycanın ümumi həyatında öz töhfəsini verməsinə gətirib çıxardı. Quruda neft hasilatı Sovet dövründə də davam etdi, nəticədə Abşeron yarımadasında minlərlə hektar ərazilərdə neft hasilatı nəticəsində torpaqlar çirkləndi. İndiyə kimi həmin ərazilər Dövlət Neft şirkətinin balansında qalır və onların təmizlənməsi üçün 100 milyonlarla vəsait tələb edir. Neft hasilatının ekoloji təsirləri quruda olan hadisələrə aid idi. Lakin sonradadan dənizdə də neft buruqlarının kəşf olundu. Hal-hazırki dövrdə də dəniz vasitəsilə neft hasilatı işləri gedir və hasil olunan neft əsas boru kəməri ilə xaricə ixrac olunur. İndiki dövrdə yeni texnologiyalar imkan verir ki, dənizdə neft sızmalarının qarşısı alınsın. Bu baxımdan ciddi şəkildə tələblər tətbiq edilir və dənizdə neft sızmasının qarşısını almaq üçün bütün lazımı tədbirlər görülür. İstər xarici, istərsə də yerli Dövlət Neft şirkəti və onun törəmə şirkətləri tərəfindən bütün tədbirlər həyata keçirilir. Eyni zamanda neftdən əldə olunan gəlirlər nəticəsində Abşeron yarımadasında böyük hektarlarla ərazilərdə yaşıllıqların salınması işləri görülür, çirklənmiş ərazilər təmizlənir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri