Ərdoğan Trampla telefon danışığı apardı
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, dövlət başçıları ötən gecədən qüvvəyə minən İranla bağlı atəşkəs rejimi daxil olmaqla, bölgədəki cari vəziyyəti müzakirə ediblər.
Əldə olunmuş razılaşmadan məmnunluğunu bildirən Türkiyə lideri vurğulayıb ki, beynəlxalq müstəvidə gərgin keçən 40 günlük dövrdən sonra yaranmış iki həftəlik imkanlar pəncərəsi daimi sülhün bərqərar olması üçün səmərəli istifadə edilməli və bu prosesə kölgə salınmasına icazə verilməməlidir.
Rəcəb Tayyib Ərdoğan, həmçinin Pakistan və digər müttəfiq dövlətlərlə birgə icra edilən diplomatik həll təşəbbüslərinə rəsmi Ankaranın dəstəyinin artan templə davam edəcəyini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 08 Aprel 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















