Ərdoğan: Azərbaycan qazının əhəmiyyətli hissəsini Avropaya çatdırmaqdan məmnunuq
Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Prezident İlham Əliyevi Türkiyədə qarşılamaqdan böyük məmnunluq duyduğumuzu bildirmək istərdim".
Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimdə çıxışı zamanı deyib.
"Bu işlərdə əməyi olan qardaşlarımıza təşəkkür edirik. "Bir millət, iki dövlət" devizində təcəssüm olunan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük uğurlar əldə edirik. Ölkələrimiz arasında əlaqələr müdafiə sənayesindən tutmuş ticarətə qədər bir çox sahələrdə inkişaf edir. Enerji sektoru bizim üçün birinci yerdədir. Biz "Bakı-Tbilisi-Ərzurum" təbii qaz kəmərinin istifadəyə verilməsi ilə enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirməyə çalışmışıq. Azərbaycan qazının əhəmiyyətli bir hissəsini Avropaya çatdırmaqdan məmnunuq. Biz Can Azərbaycanla tam ahəngdarıq", - deyə Ərdoğan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 05 Mart 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















