Icma.az
close
up
RU
Azərbaycan qazının Avropaya ixracı genişlənir ŞƏRH

Azərbaycan qazının Avropaya ixracı genişlənir ŞƏRH

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 may, AZƏRTAC

Son illərdə həyata keçirilən məqsədyönlü enerji strategiyası Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli iqtisadçı-ekspert İlhan İşbaş bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yaradılmış geniş infrastruktur – TANAP və TAP qaz kəmərləri – Azərbaycan qazının Cənubi Qafqazdan Avropanın mərkəzinə qədər fasiləsiz nəqlini təmin edir.

“Bu layihə həm regional inteqrasiyanı gücləndirir, həm də Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi siyasətinə mühüm töhfə verir. Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə Azərbaycan qazına olan tələbatın artması diqqət çəkən əsas məqamlardandır. Artıq İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Xorvatiya və digər ölkələr Azərbaycan qazından istifadə edir ki, bu da enerji əməkdaşlığının coğrafiyasının davamlı şəkildə genişləndiyini göstərir. Son mərhələdə Avstriya və Almaniyaya enerji təchizatı imkanları ilə bağlı aparılan müzakirələr isə əməkdaşlığın daha yüksək səviyyəyə keçə biləcəyini nümayiş etdirir. Avropanın sənaye baxımından aparıcı ölkələri olan bu dövlətlər üçün enerji mənbələrinin diversifikasiyası xüsusilə strateji əhəmiyyət daşıyır. Azərbaycanın Avropa enerji bazarındakı mövqeyinin güclənməsi qlobal enerji sistemində balansın dəyişməsi ilə birbaşa bağlıdır. Enerji təhlükəsizliyi artıq təkcə iqtisadi məsələ deyil, həm də milli təhlükəsizlik və siyasi sabitlik amilinə çevrilib”, - deyə İlhan İşbaş vurğulayıb.

Ekspert qeyd edib ki, Azərbaycan qazının Avropaya sabit və etibarlı şəkildə çatdırılması uzunmüddətli tərəfdaşlığın əsasını təşkil edir: “Avstriya və Almaniya kimi ölkələrlə mümkün enerji əməkdaşlığı Avropanın enerji xəritəsində yeni bağlantıların formalaşmasına gətirib çıxara bilər. Bu, həm təchizat təhlükəsizliyini gücləndirir, həm də alternativ marşrutların inkişafını sürətləndirir. Xəzər regionunun enerji potensialının Avropa bazarlarına inteqrasiyası qarşılıqlı fayda prinsipi üzərində qurulub və bu proses gələcəkdə daha da dərinləşəcək. Qlobal enerji çağırışları fonunda etibarlı və çevik tərəfdaşların rolu daha da artır və Azərbaycan bu baxımdan önəmli aktor kimi çıxış edir. Azərbaycanın Avropa ilə enerji əməkdaşlığının genişlənməsi həm regionun iqtisadi inteqrasiyasına, həm də qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Bu proses eyni zamanda Xəzər hövzəsinin strateji əhəmiyyətini daha da artıraraq yeni enerji əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır”.

Müxbir-Vüqar Qurbanoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri