Icma.az
close
up
RU
Ərdoğan: Boraltan faciəsi CHP nin Türkiyə tarixinə vurduğu qara ləkədir

Ərdoğan: Boraltan faciəsi CHP nin Türkiyə tarixinə vurduğu qara ləkədir

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 15-də Ədalət və İnkişaf Partiyasının (AKP) "Türk dünyası vizyon sənədinin tanıtım proqramı" münasibətilə keçirilən tədbirdə çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Nitqinə iştirakçıları salamlamaqla başlayan R.T.Ərdoğan Lefkoşadan Daşkəndə, Bakıdan Aşqabada, Bişkekdən Astana və Budapeştədək bütün türk dünyasına sevgilərini göndərib.
Türkiyə prezidenti çıxışında azərbaycanlı şair Rüstəm Behrudinin şeirindən sitat gətirib:
"O hansı millətdir, qədəri sirdir? Yüz ada bölündü, yenə də birdir".
Türk xalqlarının zaman-zaman müxtəlif repressiyalarla üzləşdiyini vurğulayan partiya rəhbəri onu da xatırladıb ki, 1940-cı illərdəki birpartiyalı sistemin hakimiyyəti dövründə Türkiyənin özündə də Böyük Turan barədə danışmaq qadağan olunmuşdu.
"Məsələn, 1944-cü ildə sırf Türkiyə xaricindəki soydaşlarımızla maraqlandıqları üçün bir çox aydın, yazar, sənət adamı "turançı" deyə damğalanaraq, həbsə atılıb və işgəncə görüb. Yəni birpartiyalı dönəmdə Türkiyə xaricində də "türkəm" demək günah sayılır, illərlə həbsdə işgəncəyə məruz qalmaq mənasına gəlirdi. Baxın, təkcə bununla kifayətlənmədilər, Türkiyəyə sığınan Azərbaycan türklərinin Boraltan körpüsündə güllənəcəklərini bilərək, onları qatillərinə təslim etdilər, tarixə "Boraltan faciəsi" kimi düşən bir utanc ləkəsi bulaşdırdılar", - deyə R.T.Ərdoğan bildirib.
Boraltan faciəsi ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) ölkə tarixinə qara ləkə gətirdiyini vurğulayan Türkiyə lideri bu hadisənin hər iki xalqın qəlbində dərin yaralar açdığına diqqət çəkib. R.T.Ərdoğan CHP-nin bu gün də türk dünyasına xor baxdığını bildirib.
"Qarabağda 44 gün davam edən Vətən müharibəsində bunu bir daha gördük", - deyə Türkiyə prezidenti ölkə müxalifətinin onları Azərbaycana dəstək verməkdə ittiham etdiklərini yada salıb.
"Xatırlayın, CHP-nin xarici siyasətini idarə edən şəxs çıxdı, eynən bunları söylədi: "Təəssüf ki, gələn xəbərlərdə Türkiyədən Azərbaycana silah yardımı edildiyi və məlumatlara görə, cihadçı qrupların Azərbaycana göndərildiyi ifadə edilir", - dedi. Elə 1945-ci ildə Boraltan faciəsində olduğu kimi,
Qarabağın azadlıq mücadiləsində də səhv etdilər, millətimizi məyus edib utandırdılar", - deyə R.T.Ərdoğan Boraltan faciəsi ilə bağlı fikirlərini belə yekunlaşdırıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Dekabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see525

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see248

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see240

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see240

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see228

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see225

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see223

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see222

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see212

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see207

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see204

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see199

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see193

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see170

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see169

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see168

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see166

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri