Icma.az
close
up
RU
Ərdoğan çağırış etdi, Leyen Türkiyədə açıqladı: Hədəf Rusiyadır...

Ərdoğan çağırış etdi, Leyen Türkiyədə açıqladı: Hədəf Rusiyadır...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransı diqqət çəkib. Leyen Ərdoğanla mövcud siyasi böhranları, xüsusilə Suriya və Qəzzada humanitar yardımları, həmçinin Türkiyə-Avropa İttifaqı əlaqələrinin gələcəyini müzakirə edib.

Mətbuat konfransında Ərdoğanın gömrük tərəfdaşlığı və viza şəffaflığı ilə bağlı çağırışı müzakirələrə səbəb olub. AK rəsmisi də bu çağırışları dəstəkləyən açıqlamalar verib. O, Türkiyəni Avropa İttifaqı üçün əsas tərəfdaş adlandırıb.

Leyen ittifaqın suriyalılara 10 milyard avro dəstək verildiyini və bu il əlavə 1 milyard avro ayrıldığını açıqlayıb. Bu məbləğin həm Türkiyədəki qaçqınlar, həm də Suriyanın yenidən qurulması üçün istifadə olunacağını bildirib.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Aİ Ankara ilə münasibətlərin inkişafında və qorunmasında maraqlıdır:

“Bu mənada ayrılan vəsait, çox güman Aİ-Türkiyə əlaqələrinin qorunmasına da hesablanıb. İttifaq bu yola həm də Ankaranın Suriyada mövqeyinin güclənməsinə və beləliklə, bölgədə Rusiyanın təsir “rıçaq”larının daha da zəifləməsinə nail olmağa çalışır. Aİ-nin istədiyi elə budur.


Kənan Novruzov

Əslində Türkiyə İttifaqın dəstəyi olmadan da öz işini görə bilər. Nəzərə almaq lazımdır ki, təşkilat zaman-zaman Ankaranı yarı yolda qoyub. Lakin Türkiyə yenə də hədəflərinə nail olub. Əgər indi Aİ Suriya ilə bağlı vəsait ayırırsa, deməli, öz maraqları bunu tələb edir və umacağı nə isə var. Ankara bunu yaxşı anlayır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2024 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri