Ərdoğan Avropa İttifaqına çağırış etdi
Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirdiyi mətbuat konfransında Avropa İttifaqına (Aİ) çağırış edib.
Gununsesi.info xəbər verir ki, məlumatı haber7.com saytı yayıb.
Tükiyədə səfərdə olan Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında gündəmlə bağlı mühüm açıqlamalar verən R.T.Ərdoğan deyib: “Bu gün biz Polşanın Aİ Şurasına sədrliyi çərçivəsində aktual regional və qlobal problemləri, o cümlədən Türkiyə – Aİ münasibətlərini müzakirə etdik. Biz hər dəfə vurğulayırıq ki, Aİ-yə tam üzv olmaq bizim strateji hədəfimizdir.
Tez-tez həmkarlarımızla Aİ ilə əməkdaşlığımızı qarşılıqlı fayda və hörmət əsasında davam etdirmək istəyimizi müzakirə edirik. Aİ gücünün və nüfuzunun itirilməsinin qarşısını almaq, hətta bunu tərsinə çevirmək istəsə, buna ancaq Türkiyənin tam üzvlüyü ilə nail ola bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 12 Mart 2025 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















