Ərdoğan Erhürmanı təbrik etdi: Kipr türk qardaşlarımızla birlikdə...
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən seçkilərdə qalib gələn və bununla da yeni prezident seçilən cənab Tufan Erhürmanı təbrik edib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, təbrikdə deyilir: "Şimali Kipr Türk Cümhuriyyətində keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə Prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm. Ümid edirəm ki, Şimali Kipr Türk Cümhuriyyətinin demokratik yetkinliyini bir daha nümayiş etdirən və Kipr Türklərimizin iradəsini əks etdirən bu seçkinin həm ölkələrimiz, həm də bölgəmiz üçün xeyirli olmasını diləyirəm. Türkiyə olaraq Şimali Kipr Türk Cümhuriyyətinin suveren hüquq və mənafelərini Kipr türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik”.
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 20 Oktyabr 2025 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















