Ərdoğan Cənubi Kipr liderini qarşılamadı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 çərçivəsində Antalyada keçirilən Liderlər Zirvəsinə gələn Cənubi Kipr lideri Nikos Xristodulidisi qarşılamayıb.
Modern.az xəbər verir ki, R.T. Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş zirvəyə qatılan liderləri birlikdə qarşılasalar da, Xristodulidis gələndə Türkiyə Prezidenti qarşılama yerində olmayıb.
Yayılan görüntülərə görə, tədbir məkanına gələn Cənubi Kipr liderindən bir qədər gözləməsi istənilib. Ardınca ekranda böyük Türkiyə bayrağı nümayiş etdirilib. Həmin vaxt qarşılama məntəqəsində yalnız Quterreş qalıb.
Bir müddət gözləyən Xristodulidis daha sonra BMT Baş katibinin olduğu yerə yaxınlaşıb. Onların söhbəti canlı yayım kameralarına düşüb. Görüntülərdə Xristodulidisin danışıq zamanı üz ifadəsinin dəyişdiyi diqqət çəkib. Lakin görüşün məzmunu açıqlanmayıb.
Kipr mətbuatı hadisəni “Antalyada ciddi diplomatik gərginlik” kimi təqdim edib. Kipr hökumətindəki mənbələr isə Ərdoğanın Xristodulidisi qarşılamamasını ona qarşı “kiçiltmə jesti” kimi qiymətləndiriblər.
Qeyd edək ki, Türkiyənin Antalya şəhərində R.T.Ərdoğanın ev sahibliyi ilə keçirilən zirvədə altı qitədən 95 ölkəni təmsil edən 102 lider iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 11 Noyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















