Icma.az
close
up
RU
Ərdoğan hökuməti toplayır

Ərdoğan hökuməti toplayır

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabineti toplanacaq. 

İki həftəlik fasilədən sonra keçiriləcək toplantının əsas gündəmi İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan araşdırma prosesi, hökumətin “Terrorsuz Türkiyə” hədəfi, xarici siyasətdəki inkişaflar və Qəzzadakı humanitar böhran olacaq.

"Cebheinfo.az" xəbər verir ki, Nazirlər Kabinetinin iclasında İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan  araşdırmaların hüquqi və təhlükəsizlik aspektləri müzakirə olunacaq. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu korrupsiya ittihamı ilə həbs olunsa da, terrorla bağlı ittihamlar səbəbilə həbs olunmadan mühakimə olunmasına qərar verilib. Proseslə bağlı son nəticələr qiymətləndiriləcək.

İclasda hökumətin “Terrorsuz Türkiyə” olaraq təyin etdiyi proses mühüm yer tutacaq. PKK-nın İmralıdan gələn çağırışa cavab olaraq atəşkəs elan etdiyi, lakin hələ də silahı yerə qoyma istiqamətində dəqiq addım atmadığı məlumdur. Nazirlər Kabineti təşkilatın tərksilah prosesini, mümkün hüquqi tənzimləmələri və təhlükəsizlik siyasətlərini qiymətləndirəcək.

Nazirlər Kabinetinin iclasında Suriyada yeni müvəqqəti konstitusiya prosesi, Türkiyənin yeni Prezident Şara ilə danışıqları və ABŞ-nin Suriya siyasəti ilə bağlı son açıqlamaları müzakirə olunacaq. Bundan əlavə, PKK/YPG-nin bölgədəki mövcud vəziyyəti və Türkiyənin təhlükəsizlik strategiyaları müzakirə olunacaq.

İsrailin Qəzzada atəşkəsi pozaraq yenidən hücumlara başlamasından sonra bölgədə humanitar böhran dərinləşib. Nazirlər Kabinetinin iclasında Türkiyənin diplomatik təşəbbüsləri, beynəlxalq ictimaiyyətin reaksiyası və humanitar yardım fəaliyyətləri qiymətləndiriləcək.

Nigar
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Mart 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti Rusiyada azərbaycanlıların başına gələnlərə reaksiya verdi

29 İyun 2025 22:40see149

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see134

Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib

30 İyun 2025 10:21see123

Qızı mənə zəng vurdu dedi ki, nənə ata anamın boğazını kəsdi Kürdəmirdəki dəhşətli qətlin təfərrüatı

29 İyun 2025 20:17see118

Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

30 İyun 2025 05:31see116

Həsrət Məmmədyarov: İldən ilə nəticəmiz daha da yaxşılaşacaq”

30 İyun 2025 00:29see115

Simonyan Paşinyanı təhqir etdi

30 İyun 2025 02:12see115

Diaspor Komitəsindən açıqlama

29 İyun 2025 22:44see115

Yeni virusun əlamətləri nələrdir?

30 İyun 2025 19:12see115

Qarabağ formalarını Şuşadan təqdim etdi Şəkillər

29 İyun 2025 20:43see115

Zamanın üçüncü ölçüsü kəşf edildi...

29 İyun 2025 20:25see114

Yevlaxda ər arvad qəzaya düşüb, ölən var

29 İyun 2025 09:10see113

Trend uğrunda qadınların başlarına gələnlər: Bədənlərini A4 kağızla ölçürlər

29 İyun 2025 02:25see112

Qarabağ darmadağınla qalib gəldi

30 İyun 2025 20:02see112

Yadplanetlilərə hansı mesaj göndərilib?

30 İyun 2025 06:03see112

Pakistanda daşqınlar nəticəsində azı 32 nəfər ölüb

29 İyun 2025 02:46see111

Doğuş sonrası depressiya və uşaqlara zərər vermə riski

30 İyun 2025 20:25see111

ABŞ da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub

30 İyun 2025 05:07see111

“Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir” Aqil Rüstəmzadə

30 İyun 2025 09:10see111

Əli Əhmədov Moskvaya getməyəcək

29 İyun 2025 23:50see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri